07.06.2019

Google Huawei şirkətini ABŞ bazarına geri qaytarmaq istəyir

Google Huawei şirkətini ABŞ texnologiyalarından məhrum etməmək üçün ABŞ hökumətini razı salmağa çalışır. Bu barədə The Financial Times saytına istinadən Macdigger saytı xəbər verib. Anonim mənbənin The Financial Times saytına verdiyi məlumata əsasən Google şirkətinin bu məsələdə arqumenti bu cürdür: Dünyanın ən böyük smartfon və telekommunikasiya təchizatı istehsalçısının xaric edilməsi milli maraqlara ziddir.

Əgər Huawei Android-dən tamamilə məhrum olsa, o, Android əsasında öz əməliyyat sistemini inkişaf etdirəcək. Google şirkəti xəbərdarlıq edir ki, bu əməliyyat sistemi ilə olacaq smartfonlar Çinin xüsusi orqanlarının idarəetməsində olacaqlar. The Financial Times bildirib ki, Google şirkətinin bu hərəkətlərində həmçinin iqtisadi məntiq də var. Belə ki, Huawei dünyanın üçüncü ən böyük smartfon istehsalçısıdır. Buna görə də onunla əməkdaşlığın tam dayandırılması öz növbəsində Google şirkətinə müəyyən səviyyədə təsir göstərəcək.

Mənbə technote.az


Digər xəbərlər


Yeni "Elektron ipoteka və kredit zəmanət” sistemi artıq vətəndaşların istifadəsinə verildi

İpoteka və Kredit Zəmanət Fondunun yeni «Elektron ipoteka və kredit zəmanət” sistemi əhalinin və fondun müvəkkil təşkilatlarının (banklar, sığor...

Çay və şəkər tozu kəskin şəkildə bahalaşdı

«Türkiye Şeker Fabrikaları A.Ş.» (Türk Şəkər) şəkərin qiymətini 16 faiz artırdığını açıqlayıb  «Türk Şəkər»in rəsmi internet s...

İpoteka üçün staj arayışı almaq bu şəxslər üçün asanlaşdı

Dövlət İmtahan Mərkəzində qeydə alınan müraciətlə bağlı cari vəziyyəti şəxsi kabinetdən izləmək mümkündür İpoteka üçün dövlət qulluğunda staj barə...

Dünyanın inkişaf etmiş ölkələrində “Yaponlaşma” prosesi gedir

Son illər dünyanın inkişaf etmiş ölkələrində “Yaponlaşma” prosesi gedir. Bunu vaxtilə Yaponiya iqtisadiyyatında qeydə alınmış tendensiyaların bir sır...