06.06.2019

Huawei şirkəti öz smartfon istehsalının ixtisara salınması barədə açıqlama yayıb

Huawei şirkəti ABŞ hökuməti tərəfindən təyin edilmiş sanksiyalar səbəbilə öz smartfon istehsalını ixtisara saldığı barəsində kütləvi informasiya vasitələrində yayılmış məlumatları təkzib edib. Bu barədə Gizchina saytına istinadən Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə South China Morning Post saytı öz mənbələrinə istinadən xəbər vermişdi ki, Huawei şirkəti öz smartfon istehsalı sifarişini ixtisara salıb.

Bu səbəbdən smartfon istehsalı ilə məşğul olan Foxconn şirkəti bir sıra istehsalat xətlərini ləğv edib. Lakin Huawei şirkəti bu məlumatların düzgün olmadığını bildirib. Şirkət təmsilçiləri qeyd ediblər ki, şirkətin smartfon istehsalı əvvəlki səviyyədə qalıb və son zamanlarda istehsalatın yüksəldilməsi və ya azaldılması barəsində heç bir qərar qəbul edilməyib.

Qeyd etmək lazımdır ki, ABŞ hökuməti şirkətə hələki 90 günlük lisenziya təqdim edib. Həmin lisenziyanın vaxtı 19 avqust tarixində bitəcək. Lisenziya çərçivəsində Huawei şirkəti ABŞ bazarında fəaliyyətini davam etdirə bilər. Lakin şirkət ABŞ hökuməti ilə yaranmış vəziyyəti 19 avqust tarixinə kimi həll edə bilməsə, o, ABŞ hökumətinin xüsusi icazəsi olmadan ABŞ şirkətlərindən aparat və proqram təminatı ala bilməyəcək.

Mənbə technote.az


Digər xəbərlər


Bu iki telefon nəhəngi 108 MP-lik kamera əldə edə bilərlər

Bu həftənin əvvəli Samsung şirkəti 108 MP-lik ISOCELL Bright HMX kamera modulunu təqdim etmişdi. İndi isə internetdə həmin kamera...

Qatlana bilən smartfonlar bazarı ələ keçirtməyə hazırlaşırlar

 IHS Markit analitik şirkəti böyük şirkətlərin qatlana bilən smartfon modelləri barəsində proqnozları əks etdirən hesabatı təqdim edib. Bax...

iPhone 11-in mümkün təqdimat tarixi bəlli olub

Sentyabr ayının yaxınlaşması ilə Apple şirkətinin yeni iPhone modelləri barəsində daha çox məlumat ortaya çıxmağa davam edir. İnd...

Evini kirayə verənlər vergi verməlidir?

Şəxsi evini notarius qaydası ilə kirayə verən fiziki şəxs gəlirindən vergi ödəməlidirmi? Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən fin...