14.06.2019

iPhone XR 2019 modeli daha böyük həcmli batareyalı olacaq

Koreyanın The Elec saytının verdiyi məlumata əsasən iPhone XR 2019 modeli keçən ilki iPhone XR modelindən fərqli olaraq daha böyük həcmli batareya ilə təchiz olunacaq. Məlumatda qeyd olunub ki, Çinin ATLşirkəti (Ameperx Technology Limited) artıq bu batareyaların irimiqyaslı istehsalına start verib. Bu barədə Macdigger saytı xəbər verib. Saytın vediyi məlumata əsasən iPhone XR 2019 modeli 3110 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Hal-hazırda aktual olan keçən ilki iPhone XR modeli 2942 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Bu isə saytın təqdim etdiyi iPhone XR 2019-un batareya göstəricisindən 5.7% aşağıdır. Bəzi məlumatlara əsasən Apple şirkəti ikitərəfli naqilsiz şarj texnologiyası səbəbilə yeni iPhone modellərinin batareya həcmlərini yüksəldir. Hal hazırda ən böyük batareya həcminə sahib iPhone modeli iPhone XS Max-dır (3174 mAh). Gözləntilərə əsasən Apple şirkəti bu ilin sentyabr ayında 3 yeni iPhone modeli təqdim edəcək.

Mənbə technote.az


Digər xəbərlər


Azərbaycana növbəti lüks 300 avtobus gətirilir

Avtobus parkının yenilənməsi işləri çərçivəsində ölkə başçısının müvafiq sərəncamına əsasən, paytaxta 300 nəqliyyat vasitəsi gətirilməkdədir. Bu, ...

Azərbaycan və Çin kənd təsərrüfatı texnikası üzrə müəssisələr yaradacaq

Azərbaycan və Çin yaxın perspektivdə birgə müəssisələrin yaradılması imkanlarını nəzərdən keçirir. Bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib...

Azərbaycanlıların yaratdığı layihə Rusiya iş dünyasının marağına səbəb olub

Rusiyanın ən iri banklarından olan Sberbankın startaplar üçün keçirdiyi akseleratorun qalibləri içərisində həmyerlilərimizin yaratdığı son dərəcə mar...

Avstriyadan böyük qadağa! Avropa İttifaqı və Merkosur dövlətləri arasında ticarət sazişinə veto qoydu

Sentyabrın 19-da Avstriya Parlamentinin Aİ üzrə alt komissiyasında qəbul edilmiş qərar həm ölkə, həm də xarici mətbuatda böyük əks-sədaya səbəb olub....