24.06.2019

İpoteka üçün staj arayışı almaq bu şəxslər üçün asanlaşdı

Dövlət İmtahan Mərkəzində qeydə alınan müraciətlə bağlı cari vəziyyəti şəxsi kabinetdən izləmək mümkündür

İpoteka üçün dövlət qulluğunda staj barədə arayış almaq qaydası açıqlanıb.

Dövlət qulluqçuları Mənzil İnşaatı Dövlət Agentliyi ilə yanaşı, Azərbacan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna da təqdim edilməsi məqsədilə dövlət qulluğunda qulluq stajı barədə arayışın əldə edilməsi üçün Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi səhifəsində şəxsi kabinet yaratmalı və «Elektron xidmətlər» bölməsinə daxil olaraq elektron müraciət etməlidirlər.

DİM-in məlumatına istinadla xəbər verilir ki, dövlət qulluqçusu əmək kitabçasındakı əmək fəaliyyətini əks etdirən səhifələrin dövlət orqanı tərəfindən təsdiq edilmiş surətlərini skan edərək sistemə yükləməli və «Müraciəti qeydə al» düyməsini sıxmalıdır. Mərkəz tərəfindən qeydə alınan müraciətlə bağlı cari vəziyyəti şəxsi kabinetdən izləmək mümkündür.

Mənbə sputnik.az


Digər xəbərlər


Beynəlxalq Bankdan "oğurlanan" 1 milyarda yaxın pulun izi harada itirilib? - FAKTLAR

Tanınmış vəkil Adil İsmayılov «Beynəlxalq Bank işi» ilə bağlı növbəti sensasion yazısını yazıb.  Qaynarinfo həmin yazını təqdim edir: ...

Yeni "Samsung Galaxy Note 10" smartfonu artıq satışda

«Samsung Electronics» avqustun 23-də yeni flaqman smartfonu «Galaxy Note 10″u 70 ölkədə satmağa başlayıb. TASS-a istinadən xə...

Huawei ABŞ sanksiyalarına qarşı bu cür silahlanır - Mühəndislərdən ibarət xüsusi komandalar yaradır

ABŞ sanksiyalarının yenidən təxirə salınmasına baxmayaraq Huawei şirkətinn yaradıcısı Ren Zhengfei şirkət əməkdaşlarını yeni layh...

Azərbaycanda yeni fabrik tikilir - Foto

Xalça istehsalı kompleks istehsal sahəsidir. Bu sahənin inkişafını  Yunəyirici-Boyaq Fabriki olmadan təsəvvür etmək mümkün deyil. Xalça isteh...