30.06.2019

İqtisadçı uşaqpulu ilə bağlı hökümətə təklif yolladı

İqtisadçı alim Vüqar Bayramov uşaq pulunun bərpası ilə bağlı təklifləri hökumətə təqdim edib

İqtisadçı təkliflərin bir qisminin sosial paketin bir elementi olaraq artıq qəbul edildiyini deyib:

“Nəzərə alsaq ki, əmək haqqı və pensiyalarda artım davam edir, biz pensiya amnistiyasının verilməsini təklif etmişik. Elə vətəndaşlarımız var ki, onların pensiyaya çıxış imkanlarında müəyyən çətinliklər var. Onlara amnistiyanın verilməsi və pensiyanın təmin edilməsinə ehtiyac var. Əmək haqqı artımları zamanı sektoral olaraq aşağı əmək haqqı alan sektorlarda daha çox artımların həyata keçirilməsinin tərəfdarıyıq. Rəsmi statistikaya görə Bakı və regionlar arasındakı əmək haqqı məbləğində iki dəfə yaxın fərq var, ona görə də əmək haqqı artımlarının ünvanlı olaraq daha çox regionları əhatə etməsinin tərəfdarıyıq. Eyni zamanda biz, beyin mərkəzi olaraq 17 yaşınadək olan uşaqlar üçün nəzərdə tutulan sosial ödənişlərin (uşaq pulu) mərhələli şəkildə tətbiq olunmasının tərəfdarıyıq. Güman edirəm ki, sosial islahatların bir elementi olaraq mərhələli şəkildə Azərbaycanda uşaq pulunun bərpasını müşahidə edə biləcəyik”.

Mənbə axar.az


Digər xəbərlər


Həsən Ruhaniyə qarşı tələbələr etiraz aksiyası keçirdi - Foto

Bu gün İran prezidenti Həsən Ruhani Tehran Universitetində çıxış edən zaman tələbə həmkarlar ittifaqının bir qrup üzvü universitet binası qarşısında ...

Sabah 5 rayonda qaz olmayacaq

Oktyabrın 17-də Qaz İxrac İdarəsinin Qazpaylayıcı Stansiyalarda aparacağı yenidənqurma işləri ilə bağlı saat 08:30-dan 19:00-dək Sabirabad, Saatlı, İ...

Prezident Göyçayla bağlı sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Göyçay rayonu ərazisində Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərənc...

Gəncənin küçə və prospektlərindəki yollar yenilənir

Gəncədə icra olunan su və kanalizasiya xətlərinin yenidən qurulması layihəsinə uyğun olaraq, şəhərin qazılmış küçə və prospektlərinə asfalt örtüyünün...