11.06.2019

İran «yola gəlir»? — Uran istehsalını dörd dəfə artırıb

Nüvə razılaşmasından qismən imtinaya dair xəbərdarlıqdan sonra İran elan etdiyi kimi, zənginləşdirilmiş uran istehsalını artırıb.

Bu barədə məlumatı Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano təsdiqləyib.

O bildirib ki, istehsalat tempinin artmasına baxmayaraq, bu, 2015-ci il Vyana Sazişinin şərtlərinin pozulması mənasına gəlmir. Çünki istehsal heç də həmişə eyni tempdə davam etmədiyinə görə, indiki artımla zənginləşdirilməsinə icazə verilən uranın ən yüksək həddə çatmasını söyləmək çətindir.

Təşkilatdan, həmçinin bildirilib ki, rəsmi Tehran mayın 20-də Mərkəzi İranda yerləşən Natanz nüvə mərkəzində uran istehsalını dörd dəfə artırıb. BAEA-nın ən yeni hesabatına əsasən, həmin tarixədək İran nüvə anlaşmasının bütün şərtlərinə əməl edib. Buraya uranın zənginləşdirilməsində icazə verilən ən yuxarı həddə əməl olunması və anbarlarda saxlanan uran və ağır suyun (D2O) miqdarının normanı keçməməsi daxildir.

Mənbə azertag.az


Digər xəbərlər


278 nəfər deputatlığa namizədliyini geri götürüb

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. Gülüstan.i...

Merkelin arzuladığı dövlətlər - Avropa Birliyinə daha iki üzv

Angela Merkel iki ölkənin Avropa Birliyinə girə biləcəyinin siqnalını verib. Gülüstan.info xəbər verir ki, Almaniyanın baş naziri Angela Merkel Al...

AŞPA yeni prezidentini seçdi

Belçikalı senator Hendrik Daems iki il müddətinə AŞPA-nın yeni prezidenti seçilib. Gülüstan.info xəbər verir ki, o, bu vəzifədə isveçrəli deputat ...

“Exit poll” keçirəcək ilk təşkilatların adları açıqlandı - MSK-dan qərar

Milli Məclisə seçkilərlə əlaqədar “exit poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciətlər daxil olub. Gülüstan.info xəbər verir ki...