25.06.2019

İsrail qəzeti Azərbaycanda yaşayan israillilərin daha yaxşı həyat şəraitindən yazdı

İsrailin yəhudi icmaları barədə xəbərlər yayan “lntermountain Jewish News” adlı qəzetində Azərbaycanda yaşayan yəhudilər haqqında silsilə məqalələr dərc olunub.

“Azərbaycandan məktub: müsəlman ölkəsində yəhudilərin yaşayışı daha da yaxşılaşır” sərlövhəli yazıda qəzetin baş redaktorunun köməkçisi Şana Qoldberqin Azərbaycana səfəri zamanı Qafqaz dağlarının ətəyində qədimdən məskunlaşmış dağ yəhudilərinin həyat şəraiti ilə yaxından tanış olmasından və onların öz adət-ənənələrini necə qoruyub saxlamalarından bəhs olunur. Yazıda əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda böyük yəhudi icmasının mövcud olduğu və ölkədə səkkiz sinaqoqun fəaliyyət göstərdiyi vurğulanır.

Müəllif hələ Almaniyada Holokost kimi dəhşətli soyqırımlarının baş verdiyi dövrdə belə yəhudilərin Azərbaycanda necə dinc və sabit şəkildə yaşadıqlarını və inkişaf etdiklərini bildirir. O, Sovet İttifaqı dağıldıqdan sonra belə dağ yəhudilərinin Azərbaycanda heç bir çətinliklərlə üzləşməyərək yaşadıqları barədə məlumat verir.

Məqalədə, həmçinin Azərbaycanda yəhudilərə məxsus sinaqoqların yenidən təmir olunması, hətta onların tarixi və adət-ənənələrini əks etdirən muzeyin tikintisinin davam etməsi, eləcə də burada yəhudi məktəbinin açılması və yeni sinaqoqun tikilməsi barədə məlumatlar diqqətə çatdırılır. Yəhudi icmasının çox hissəsinin Azərbaycanın paytaxtı Bakıda yaşamasına baxmayaraq, dağ yəhudilərinin tarixi və mədəni mərkəzinin Quba rayonunun ərazisindəki Qırmızı Qəsəbə hesab edildiyi bildirilir. Müəllif burada böyük yəhudi icmasının yaşadığını, onların öz adət-ənənələrini qoruyub saxladıqlarını, eləcə də qəsəbədə yəhudi məktəbinin fəaliyyət göstərdiyini qeyd edir.

Müəllif Azərbaycanın ilk qəhrəmanları sırasında olan yəhudi əsilli Milli Qəhrəman, tank komandiri Albert Aqarunov barədə məlumat verərək bildirir ki, o, Qarabağ müharibəsində Şuşa rayonu ərazisində həlak olub. Onun xatirəsi hər il yəhudi icması ilə birlikdə bütün Azərbaycan vətəndaşları tərəfindən hörmətlə yad edilir.

Məqalədə, yəhudi xalqının yaddaşında əbədi həkk olmuş dəhşətli və dözülməz faciə olan Holokost qurbanlarının xatirəsinin Azərbaycanda da ehtiramla yad edildiyi bildirilir. Müəllif Azərbaycanda yəhudilərə qarşı təkcə tolerant münasibət bəslənilmədiyini, onların cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul olunduğunu vurğulayır.

Mənbə azertag.az


Digər xəbərlər


Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Valid bin Mohammad Al-Samaanini qəbul...

Rusiyadan Gürcüstana şərt - Ya olum, ya ölüm

Bu tamamilə əsaslandırılmış və adekvat reaksiyadır Rusiya rəhbərliyi hələ də Gürcüstan vətəndaşları üçün vizanın ləğvi imkanından imtina etmir. Bu...

“F-35 proqramından çıxarılmamız NATO-ya mənfi təsir göstərəcək”

«Türkiyənin F-35 proqramından çıxarılması NATO-nun gücünə, xüsusilə də cənub qanadına mənfi təsir göstərəcək”. Türkiyə mediasına istinadən ...

Amerikada bu dəfə bütün iranlı diplomatların hərəkətinə məhdudiyyət qoyuldu

Rəsmi Vaşinqtonun Amerikada fəaliyyət göstərən bütün iranlı diplomatlar və onların ailələrinin bu ölkədə hərəkətinə məhdudiyyətlər tətbiq etdiyi barə...