24.06.2019

«Macbook»larda partlama təhlükəsi aşkarlandı

Apple şirkəti bəzi MacBook Pro noutbuk modellərinin geri çağırılması və onların batareyalarının dəyişdirilməsi proqramını elan edib. Belə ki, bəzi MacBook Pro modellərinin batareyaları qıza və yanğına səbəb ola bilər. Bu səbəbdən həmin MaBook Pro modellərindən istifadə təhlükə mənbəyi daşıyır. Bu barədə Gagadget saytı xəbər verib. Söhbət, 2015-ci ilin sentyabr ayından 2017-ci ilin fevral ayına kimi istehsal olunmuş 15 düym ekranlı köhnə MacBook Pro modellərindən gedir.

Çox güman ki, bu, bir neçə müddət bundan öncə baş vermiş hadisə ilə əlaqəlidir. Bəle ki, bir neçə müddət bundan öncə White Panda ləqəbli amerikalı DJ-in dizi üstündə onun MacBook Pro modeli birdən alışıb yanmağa başladı. O tez bir zamanda öz noutbukunu yerə atdı. Nəticədə DJ heç bir xəsarət almasa da yerdə yanmış MacBook Pro modelinin qara izi qaldı.

Əgər siz həmin illərdə alınmış MacBook modeli işlədirsinizsə və öz noutbuk modelinizin təhlükəli olub-olmamasını yoxlamaq istəyirsinizsə bunun üçün bu linkə daxil olaraq öz MacBook Pro modelinizin seriya nömrəsini qeyd etməlisiniz. Əgər nəticədə məlum olsa ki, sizin MacBook Pro modelinizin batareyası partlayış təhlükəsini daşıyır, Apple şirkəti ondan istifadəni məsləhət görməyəcək və məsələnin həll olunması üçün şirkətin rəsmi servis mərkəzinə yaxınlaşmağınızı istəyəcək. MacBook Pro modellərinə yeni batareyaların quraşdırılması tamamilə pulsuz olacaq.

Mənbə technote.az


Digər xəbərlər


Beynəlxalq Bankdan "oğurlanan" 1 milyarda yaxın pulun izi harada itirilib? - FAKTLAR

Tanınmış vəkil Adil İsmayılov «Beynəlxalq Bank işi» ilə bağlı növbəti sensasion yazısını yazıb.  Qaynarinfo həmin yazını təqdim edir: ...

Yeni "Samsung Galaxy Note 10" smartfonu artıq satışda

«Samsung Electronics» avqustun 23-də yeni flaqman smartfonu «Galaxy Note 10″u 70 ölkədə satmağa başlayıb. TASS-a istinadən xə...

Huawei ABŞ sanksiyalarına qarşı bu cür silahlanır - Mühəndislərdən ibarət xüsusi komandalar yaradır

ABŞ sanksiyalarının yenidən təxirə salınmasına baxmayaraq Huawei şirkətinn yaradıcısı Ren Zhengfei şirkət əməkdaşlarını yeni layh...

Azərbaycanda yeni fabrik tikilir - Foto

Xalça istehsalı kompleks istehsal sahəsidir. Bu sahənin inkişafını  Yunəyirici-Boyaq Fabriki olmadan təsəvvür etmək mümkün deyil. Xalça isteh...