11.06.2019

Nə qədər həkim can alacaq? — Növbəti uşaq ölümündə «həkim əli» ittihamı

Tut ağacından yıxılan azyaşlı dünyasını dəyişdi

İyunun 5-də tut ağacından yıxılan 11 yaşlı Sənan Əliyev bu gün dünyasını dəyişib. Bu barədə Sputnik Azərbaycan-a uşağın atası Elman Əliyev məlumat verib. Ata iddia edir ki, oğlunun yatdığı xəstəxanada çalışan həkim onun ölümündə günahkardır: «Hər şey Sabunçu xəstəxanasında işləyən İmdad həkimin növbəsində baş verdi. Bura dəlixanadır. Yalnız bir süni nəfəs aparatı ilə bütün xəstələrə yardım etməyə çalışırlar. Belə olmaz axı. Uşaq xəstəxanaya yatırıldığı günün gecəsində onu süni nəfəs aparatından ayırmrasaydılar, bu hadisələr baş verməyəcəkdi. Hər şey İmdad adlı həkimin səhlənkarlığından baş verdi».

Xatırladaq ki, hadisə Bakının Sabunçu rayonu ərazisində baş vermişdi. 3 metr hündürlükdən kürəyi üstdə yıxılan azyaşlı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi. Həkimlər isə ona kəllə-beyin travması diaqnozu qoymuşdular. Sənan Əliyevin yaxınları Sputnik Azərbaycan-a açıqlamada onun xəstəxanaya yerləşdirildiyi ilk gündə huşunun yerində olduğunu, hətta növbəti gündə palataya köçəcəyi ilə bağlı verilən vədlərlə ümidləndiklərini bildiriblər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, ölüm işi ilə əlaqədar istintaq başlanılıb. Əgər ölüm hadisəsində həkim səhlənkarlığı təsdiqini taparsa, buna hüquqi müstəvidə qiymət veriləcək.

Mənbə sputnik.az


Digər xəbərlər


Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun yas mərasimində iştirak edib

İyunun 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçü...

Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla olan görüşü barədə danışıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Minskdə keçirilən II Avropa Oyunları çərçivəsində Çeçenistan Respublikasının başçısı Ramzan Kad...

Xameneyinin 97 milyardı necə olacaq? - Trampdan mükəmməl "qol"!

Xəbər verildiyi kimi ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni və daha sərt sanksiyaları imzaladığını açıqlayıb. Bu dəfəki sanksiyalar paketində h...

Köçəryan məhkəməni boykot etmək niyyətindədir

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və onun vəkilləri Apellyasiya Məhkəməsinin yekun qərarının açıqlanacağı iclası boykot etmək niyyətində...