28.06.2019

Online sifariş verdiyimiz geyimlərin görünməyən tərəfləri nədir?

Son zamanlar daha da məşhurlaşmaqda olan online alış-veriş saytlarının Azərbaycanda da populyarlıq qazanması yəqin ki, təsadüfi deyil: rahat çatdırılma və nisbətən ucuz qiymətlər.

Ölkəmizdə olduğu kimi, bütün dünyada geyim həvəskarlarının diqqətini çox aşağı qiymətlərlə cəlb edən bu məhsullar haqqında başqa nə bilirik? Gündəlik xərclərimizdən fərqlənməyən qiymətlərlə əldə olunan bu geyimlər bizə elə də ucuz başa gəlmir.

Bohoo, Misguided və s. kimi saytlarda 5 Euro kimi kiçik məbləğlər bu şirkətlərə on milyardlar qazandırsa da, ətraf mühitə çox ciddi zərər vururlar.

“Fast fashion” adlanan, trendlərə uyğunlaşmaq üçün sürətli məhsul istehsal edən tekstil sənayesi havanı bir ildə 1.2 milyard karbon qazı (CO2) ilə çirkləndirir, hansı ki beynəlxalq aviasiyanın və kargo xidmətlərinin birlikdə ətraf mühitə vurduğu zərərdən daha çoxdur. Bundan əlavə, okeanlardakı kimyəvi və plastik çirklənmənin 35%-i də tekstil sənayesinin ətraf mühiti çirkləndirməsinin nəticəsidir.

Fast fashion-un yaratdığı çətinliklər, təəssüf ki, bununla məhdudlaşmır. Ucuz başa gələn geyimlərin arxasında, əlbəttə ki, ucuz işçi qüvvəsi durur, hansı ki, bunun da əsasında qadın əməyi durur. Əksər hallarda bu inkişaf etməkdə olan ölkələrdə adi hal sayılsa da, Böyük Britaniya kimi bir ölkədə bəzi manufakturalarda da buna rast gəlmək olar, belə ki, bu fabriklərdə ölkənin orta göstəricilərindən çox aşağı olmasına baxmayaraq, işçilər saatı 3 Euro-dan işləyirlər.

Mənbə fins.az


Digər xəbərlər


ABŞ-da da vəziyyət qarışdı - Yüzlərlə insan Ağ Evin qarşısında İranla müharibə əleyhinə aksiya keçirib - VİDEO

ABŞ-da yüzlərlə insan Ağ Evin qarşısında toplaşaraq İranla müharibə, habelə Birləşmiş Ştatların Yaxın Şərq siyasəti əleyhinə etiraz aksiyası keçirib....

“Sobsan boyaları” cərimələnib

Bakı Apellyasiya Məhkəməsində «Rəmzi-S» MMC-nin (Sobsan boyaları) cərimə edilməsi ilə bağlı məhkəmə qərarından şirkətin direktoru Orxan All...

Şərəfsiz ermənilər Azərbaycanlıların Soyqırımı günü Qarabağda “prezident seçki”ləri keçirəcək...

Bu həm də on illərdir Azərbaycanda oturub bu xalqa qarşı mənəvi-ruhi, iqtisadi-sosial soyqırımları davam etdirən ermənipərəst şəbəkənin əməllərinin n...

Təcili! YAP deputatlığa namizədlər siyahısını açıqlayır

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilir. İclasda 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə...