12.06.2019

Opera və Balet Teatrında «Leyli və Məcnun»nun növbəti tamaşası keçiriləcək

İyunun 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasının növbəti tamaşası keçiriləcək.

Teatrdan verilən məlumata görə, budəfəki tamaşa Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsi, peşəkar musiqili teatrın yaradıcılarından biri, Xalq artisti Hüseynqulu Sarabskinin 140 illik yubileyinə həsr olunub.

Məlum olduğu kimi H.Sarabski Azərbaycan Opera və Balet Teatrının solisti kimi bu teatrın səhnəsində bir sıra tamaşalarda çıxış etmiş, Məcnun («Leyli və Məcnun»), Kərəm («Əsli və Kərəm»), Sərvər («O olmasın, bu olsun»), Şeyx Sənan («Şeyx Sənan»), Qərib («Aşıq Qərib»), Şah İsmayıl («Şah İsmayıl») və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdu.

Görkəmli sənətkarın xatirəsinə həsr olunmuş tamaşada əsas partiyaları əməkdar artistlər Arzu Əliyeva (Leyli), İlkin Əhmədov (Məcnun), Cahangir Qurbanov (Nofəl), solistlər Aytən Məhərrəmova (Leylinin anası), Nurlan Namazov (İbn-Səlam), Taleh Yahyayev (Leylinin atası), Afaq Ağayeva (Məcnunun anası), Mütəllim Dədmirov (Məcnunun atası) və b. ifa edəcəklər.

Mənbə trend.az


Digər xəbərlər


Niyə görə tarixi məkanlarda şəkil çəkməyə icazə verilmir?

Son bir neçə ildə Azərbaycana gələn turistlərin sayı xeyli artıb. Onlar paytaxt Bakı və digər şəhərlərdə tarixi məkanlara səyahət etməyə, tarixi abid...

Bakıda yerləşən dünyadakı ən gözəl məbədlərdən biri niyə partladıldı? - Foto

Əgər Bakıdakı Aleksandr Nevski kafedralı dağıdılmasaydı, bu gün dünyanın hər yerindən milyonlarla insan İstanbuldakı Aya Sofya məbədini deyil, məhz p...

Tarixi abidənin bərpa işlərinə start verilib

Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid “Çıraqqala” abidəsində bərpa işlərinə başlanılıb. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qo...

Ermənilər yenə oğruladılar - Bu dəfə Rəşid Behbudov

Dünən – iyulun 14-də Monteneqronun Hersoqov şəhərində keçirilən beynəlxalq xalq rəqsləri və mahnıları festivalında azərbaycanlılarla ermənilərin qarş...