14.06.2019

Prezident İlham Əliyev FƏRMAN imzaladı

zərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2003-cü il 23 dekabr tarixli 7 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

Fərmanın mətnini təqdim edir:

1. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 180) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bəndə “hissəsində” sözündən sonra “və 9-cu maddəsinin 3-cü hissəsində” sözləri əlavə edilsin;

1.2. 2.5-ci bənddə “və 3-cü hissələrində” sözləri “hissəsində” sözü ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:

“2.5-1. həmin Qanunun 9-cu maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu nəzərdə tutulur;”.

2. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 dekabr tarixli 7 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 12 (II kitab), maddə 718; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) ləğv edilsin.

Mənbə axar.az


Digər xəbərlər


Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun yas mərasimində iştirak edib

İyunun 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçü...

Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla olan görüşü barədə danışıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Minskdə keçirilən II Avropa Oyunları çərçivəsində Çeçenistan Respublikasının başçısı Ramzan Kad...

Xameneyinin 97 milyardı necə olacaq? - Trampdan mükəmməl "qol"!

Xəbər verildiyi kimi ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni və daha sərt sanksiyaları imzaladığını açıqlayıb. Bu dəfəki sanksiyalar paketində h...

Köçəryan məhkəməni boykot etmək niyyətindədir

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və onun vəkilləri Apellyasiya Məhkəməsinin yekun qərarının açıqlanacağı iclası boykot etmək niyyətində...