25.06.2019

Putinin hərbi təyyarələri ABŞ səmasına daxil olacaq

Təyyarələr müşahidə uçuşları həyata keçirəcəklər

Rusiyalı müşahidəçilər bu həftə ABŞ və İsveç səmalarında uçuşlar həyata keçirəcəklər.

Rusiya Silahlı Qüvvələrinin “Krasnaya Zvezda” qəzetinə istinadən xəbər verilir ki, “Açıq Səma Sazişi” çərçivəsində keçirilən uçuşlardan biri Birləşmiş Ştatlar səmasında 24-29 iyun tarixlərində baş tutacaq. Müşahidəçilər ikinci uçuşu isə 24-28 iyun tarixlərində İsveç səmalarında keçirəcəklər.

Rusiya təyyarələri razılaşdırılmış marşrut üzrə uçacaqlar. Təyyarələrin göyərtələrində amerikalı və isveçli mütəxəssislər də olacaq.

Bundan əlavə, bu həftə Fransa və Almaniya birgə olaraq Rusiya üzərində müşahidə uçuşu həyata keçirəcəklər.

“Açıq Səma Sazişi” 1992-ci ildə ATƏT üzvləri tərəfindən imzalanıb. Saziş Soyuq müharibədən sonra Avropada etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərdən biri kimi nəzərdə tutulub.

Saziş tərəfləri bir-birlərinin səmalarında müşahidə uçuşları həyata keçirə və hərbi qüvvələr haqqında məlumat toplaya bilərlər.

Sazişin 34 iştirakçısı sırasında bir çox NATO ölkəsi, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, İsveç və Finlandiya var.

Mənbə sputnik.az


Digər xəbərlər


Putinlə Ərdoğan görüşdü - Müzakirə olunan məsələlər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin görüşüb. Gülüstan.info xəbər verir ki, bu barədə Türkiyənin prezident a...

İlham Əliyev Romanın meri ilə görüşdü - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Roma şəhərinin meri xanım Vircinia Raggi ilə görüşüb. Gülüstan.info xəbər verir ...

Rusiyadan Türkiyəyə ittiham - Foto, video sübüt təqdim etsinlər

«İdlibdə baş verən atışmalar nəticəsində Suriya-Türkiyə sərhəddinə yüz minlərcə insanın qaçması yalandır». Gülüstan.info xəbər verir ki,...

Prezident Ərdoğan bu gün İdliblə bağlı Putinlə görüşəcək

Prezident Rəcəb Tayyib Ərdoğan, cümə namazını Hz. Əli Məscidində qılıb. Namazdan sonra mətbuat mənsublarının suallarını cavablandıran Prezident Ərdoğ...