14.06.2019

Qobustanda güclü yanğın — İki helikopter cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin «112» qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan Dövlət Qoruğunun ərazisində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.

Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Mənbə trend.az


Digər xəbərlər


Kontakt linza və eynəklərdən düzgün necə istifadə etmək olar?

Uzun müddət eynək taxanlar üçün linzadan istifadə etmək sadə olaraq xilas kimi görünə bilər və ya linza eynək taxmağa qarşı kompleksi olanların seçim...

DSX əməkdaşı bıçaqlandı

Sentyabrın 20-si saat 21:05 radələrində Dövlət Sərhəd Xidmə­tinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazi­sin­də Cəlilabad-Yard...

Adı çəkilən ünvanlardakı yeni binaların mənzilləri "kupça" ilə təmin ediləcək - TARİXLƏR

«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı «Bəzi çoxmənzilli binaların istismarına icazə v...

Karxanada yanğın - Bir nəfər işçi dünyasını dəyişdi

Bakıda daş karxanasında yanğın olub. Hadisə paytaxtın Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən «Korgöz» daş karxanasında baş verib. ...