28.06.2019

Rus səfirliyinin nümayəndəsi Qarabağla bağlı Azərbaycan XİN-nə çağrıldı

Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Rusiyanın Ermənistandakı səfirinin  üzdəniraq «Ermənistan-Qarabağ strateji ittifaqı» forumunun təşkilat komitəsinin nümayəndələri ilə görüşləri barədə məlumata aydınlıq gətirilməsi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.  

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məlumat yayıb.

Xatırladaq ki, Ermənistan mətbuatının verdiyi məlumata görə, iyunun 26-da üzdəniraq «Ermənistan-Qarabağ strateji İttifaqı” forumunun təşkilat komitəsinin nümayəndələri: Armen Rustamyan, David Şahnazaryan və Geqam Nazaryan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşərək səfirlə Qarabağ məsələsi haqda geniş söhbət aparıb, ona mayın 7-də işğal altındakı Xankəndidəkeçirilmiş təxribatçı forumun yekun qətnaməsini təqdim ediblər.

Mənbə moderator.az


Digər xəbərlər


Gəncə teraktı ilə bağlı Real TV-də şok video yayımlandı

Tarixi bir gündə görüşürük. Silahlı Qüvvətlərimizin daha bir əzəmətli əzələsinin — Dövlət Sərhəd Xidmətinin 100 yaşı tamam oldu. Hər bir kəs...

Azərbaycan Sərhəd Müha­fizəsinin 100-cü ildö­nümüdür

Azərbaycan Sərhəd Müha­fizəsinin 100-cü ildö­nümüdür.  Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü münasi­bə­tilə Dövlət Sərhəd Xi...

Kəndlərdə nikahdan kənar körpələrin dünyaya gəlməsinə səbəb nədir?

Cəhalətin yeni bəlası: Azərbaycanda uşaqlar nikahsız doğulur 2017-ci ildə kənd yerlərində hər 5-ci uşaq, şəhər yerlərində isə hər 8-ci uşaq rəsmi ...

Şəki Xan sarayında Xan çinarın budağı qırılıb, 19 nəfər xəsarət alıb

Bu gün Şəki Xan sarayında Xan çinarın budağı qırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən baş vermiş hadisə ilə bağlı 19 nəfər xəstəxana...