12.06.2019

Rusiya 4 günlük iş həftəsinə keçmək istəyir

Həftədə az işləmək məhsuldarlığı artırır, stresi azaldır

Rusiyanın Baş Naziri Dmitri Medvedev iş həftəsinin gələcəkdə dördgünlük ola biləcəyini bildirib.

RİA Novosti-yə istinadən xəbər verilir ki, o, bunu Beynəlxalq Əmək Konfransında çıxışı zamanı deyib.

«Texnoloji proses yalnız iş yerlərinin yox, həmçinin iş saatlarının ixtisarına və asudə vaxtın artmasına gətirib çıxarır. Çox güman ki, gələcəkdə dördgünlük iş həftəsi sosial-əmək müqaviləsinin əsasını təşkil edəcək», — deyə Medvedev bildirib.

Baş Nazir xatırladıb ki, bir əsr əvvəl Henri Ford iş həftəsini 48 saatdan 40 saata qədər ixtisar edərək əmək məhsuldarlığında heyranedici artıma nail olmuşdu.

Medvedev daha yeni bir nümunəni misal gətirib: Yeni Zelandiyada bir şirkət üç ödənişli istirahət günü olmaqla dördgünlük iş həftəsini tətbiq edib.

Onun sözlərinə görə, nəticədə bir saat iş vaxtı üçün məhsuldarlığın artımı təxminən 20 faiz təşkil edib və işçilərin stres səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.

«Təbii ki, bütün bunlara dair hələ ciddi diskussiyalar aparılmalıdır – bunlar çox qəliz, axıra qədər tədqiq edilməmiş ideyalardır», — deyə Medvedev bildirib.

Məsələyə aydınlıq gətirən Baş Nazirin müavini Tatyana Qolikova konfransın kuluarlarında jurnalistlərə deyib ki, dördgünlük iş həftəsinə keçid əmək qanunvericiliyi də daxil olmaqla ciddi dəyişiklər tələb edəcək.

Mənbə sputnik.az


Digər xəbərlər


Türkiyə kubokunun 1/4 final mərhələsinə adlayan klubların adları bəlli oldu

Türkiyə kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Gülüstan.info xəbər verir ki, günün son oyununda Türkiyənin «Qalatasaray» klubu, ...

Dəniz Baykal donuz qripinə yaxalanıb

Türkiyənin Cumhuriyyət Xalq Partiyasının keçmiş başqanı Dəniz Baykal xəstəxanaya yerləşdirilib. Gülüstan.info xəbər verir ki, xəstəxanada həkimlər...

ABŞ-dan İran şirkətlərinə SANKSİYA

ABŞ İranda fəaliyyət göstərən 6 şirkətə sanksiya tətbiq edib. Gülüstan.info xəbər verir ki, bundan başqa İranın Beynəlxalq Neft Şirkətinə bağlı 4 ...

DSX-dən əməliyyat - 3 kq narkotik tutuldu

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mü...