10.06.2019

«Sərhədlərin fövqündə» sənədli filminin təqdimatı olub — Foto

«ASAN Həyat» Kino Klubun “CinemaPlus Quba” kinoteatrında Azərbaycan Gənclər Fondunun XI qrant müsabiqəsinin “C” (fiziki şəxslərin layihələri) kateqoriyası üzrə həyata keçirilən və ucqar kənddə çalışan gəncdən bəhs edən «Sərhədlərin fövqündə» sənədli filminin təqdimat mərasimi keçirilib.

Gənclər Fondunun maliyyə dəstəyi, Quba rayon Təhsil şöbəsinin dəstəyi ilə ərsəyə gələn ekran işində Qubanın V. Məmmədsalahov adına Cimi kənd tam orta məktəbində rus dili müəllimi kimi çalışan Ağaəmi İslamovun Bakıdan gedərək ucqar kənddə çalışması, kənd həyatı, müəllimlik fəaliyyətində gördüyü işlər, qarşılaşdığı çətinliklər, buna baxmayaraq verdiyi qərarlar və digər məqamlardan bəhs olunub.

Film Qubanın Cimi kəndi və kənd orta məktəbində lentə alınıb. Layihənin rəhbəri Xədicə Əliyeva, filmin ssenari müəllifi və quruluşçu rejissoru Ayşad Səfərəliyev, ikinci rejissoru Orxan Kərimlidir. 

Kinonun müddəti 60 dəqiqədir.

Təqdimatda layihə rəhbəri Xədicə Əliyeva layihənin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirildiyini diqqətə çatdırıb. Layihə haqqında məlumat verən X. Əliyeva çəkiliş prosesi və məqsədi haqqında danışıb. O, sənədli filmin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Daha sonra Quba rayon Təhsil şöbəsi Metodik mərkəzin direktoru Namik Hümbətov, Quba rayon Gənclər və İdman Baş İdarəsinin rəis müavini Mənsur Ağayev, Qubanın V.Məmmədsalahov adına Cimi kənd tam orta məktəbinin direktoru Rafael Məmmədov çıxış edərək layihəni yüksək qiymətləndiriblər.

Mənbə report.az


Digər xəbərlər


Azərbaycanlı həkim Sami Yusufun "Sığmazam"ını yekə xaltura adlandırdı - Görəsən musiqiçi həkimin əməliyyatına qarışır?

Sami Yusufun Nəsiminin qəzəlinə bəstələdiyi əsər haqqında. Son həftə sosial şəbəkələrdə Sami Yusufun İmaməddin Nəsiminin “Məndə sığar iki cahan, ...

Nəriman Nərimanovun heykəli qəzalı vəziyyətə düşüb - Foto

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi və böyük ədibi Nəriman Nərimanovun Gürcüstanın Marneuli rayonunun mərkəzində yerləşən heykəli daha da qəz...

“Əbədi ezamiyyət” sənədli filmi bu dəfə Ankarada nümayiş olundu

Ankarada Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli film...

Heydər Əliyev Mərkəzi 200-dək unikal musiqi alətini sərgiləyəcək

Heydər Əliyev Mərkəzində hər bir kəsin marağına səbəb olacaq yeni sərgi açılır.  Bu barədə «Report»a Mərkəzdən məlumat verilib.  ...