29.06.2019

Şadlıq evləri və restoranların qarşısındakı sıxlığa BNA çıxış yolu tapacaqmı?

Bakı Nəqliyyat Agentliyinin təqdim etdiyi siyahıda müəyyən edilən yerlərin hamısı demək olar ki, əsas konfliktli nöqtələr, problemli ərazilərdir. Ancaq bütün küçələrdə başdan-başa dayanma-durmanı qadağan etmək, qaydanı pozanı xüsusi dayanacağa aparmaq olmaz.

Bu sözləri yol-nəqliyyat eksperti Elməddin Muradlı Bakı Nəqliyyat Agentliyinin dayanma, durma və parklanma qaydalarını pozan sürücülərin avtomobillərinin xüsusi meydançaya aparılmasına başlaması və qadağan edilmiş yerlərlə bağlı tətbiq etdiyi siyahı barədə danışarkən deyib. E.Muradlı bildirib ki, araşdırma, müşahidə aparmaq lazımdır. Haradasa, müəyyən saatlarda dayanmağa icazə varsa, ona icazə verilməlidir:

“Məsələn, saat 20:00-dan sonra Neftçilər prospektində Muzey Mərkəzinin qarşısından Dəniz vağzalına qədər olan yolun sağında bir cərgədə avtomobil saxlamaqda heç bir problem yoxdur. Orada bir cərgə səkiyə paralel şəkildə maşın saxlamaq heç kəsə problem yaratmır. Bu yolda bütünlüklə dayanma-durmanı qadağan etmək nə deməkdir? Şəhəri gəzməyə çıxan sürücü avtomobili harada saxlamalıdır? Qeyd etdiyim yerdə saxlasa, avtomobili gəlib götürəcək və aparacaqlar xüsusi meydançaya. Uşağını Kukla Teatrına aparan adam avtomobilini mütləq Azadlıq meydanında saxlamalıdır. Ərazidə, yaxın yerlərdə yer var axı. Baxsalar, müəyyən ərazilərdə park yerləri salmaq olar”.

E.Muradlı bildirib ki, dayanma, durma, parklama qaydalarının pozulmasına görə mütləq şəkildə cərimənin tətbiq edilməsi düzgün yanaşma deyil:

“Dayanma, durma qaydalarının polzulmaması üçün ilk növbədə dayanma, durma və parklama imkanları da yaradılmalıdır. Bundan sonra yolun hərəkət hissəsini bağlayacaq qədər ədəbsizlik etmiş sürücüləri ən ağır formada cəzalandırmaq olar. Məsələn, xüsusilə məktəblərin qarşısında ikinci və üçüncü cərgədə maşın saxlayanlar, avtobus dayanacağını zəbt edənlər, piyada keçidinin üstündə, səkidə avtomobil park edənlər çox sərt şəkildə cəzalandırılmalıdır. Ancaq görək avtobus dayanacağında dayananlar kimlərdir? Birmənalı olaraq taksi sürücüləri. Taksi sürücüləri orada niyə dayanır? Çünki dayanmağa başqa yer yoxdur. Şəhərdə maşın saxlamaq üçün, taksinin dayanması üçün heç bir normal şərait yaradılmayıb, ancaq biri maşınını qadağan edilmiş yerdə saxlayan kimi cərimələyirlər. Bəs necə etsin sürücü? Mən ilk gündən bu fikirdə olmuşam ki, bu düzgün yanaşma deyil. Nə adi sürücüləri, nə taksi sürücülərini asıb-kəsmək lazımdır. İlk növbədə şərait yaradılmalı, bu şəraitə uymayanlar cərimə edilməlidir”.

E.Muradlı bildirib ki, BNA-nın tətbiq etdiyi siyahıda şadlıq evləri də qeyd edilib:

“Axşam heç bir şadlıq evinin qarşısından keçmək mümkün deyil. Mənə çox maraqlıdır ki, gecə vaxtı BNA 2-3 cərgəyə qədər qarşısında maşın park edilmiş restoranların da qarşısını təmizləyəcək, ya yox? Gecə ilə həmin maşınları cərimə meydançasına aparacaqmı? “Neolit” restoranın qarşısında gecə vaxtı bütün maşınlar yolu əksinə gedir. Səbəb restoranın qarşısında dayanmış taksi və avtomobillərdir. Babək prospektində də həmçinin. Cərgələrlə maşınlar yığılır. Gəlib təmizləyəcəkmi BNA həmin yerləri?”

Mənbə axar.az


Digər xəbərlər


Bakı Bulvarında ilanların olduğu doğrudur?

Bakı Bulvar İdarəsi bulvar ərazisində ilanların olması ilə bağlı məsələyə aydınlıq gətirib.  İdarənin mətbuatı xidmətinin rəhbəri Günay Yelma...

270 tibb işçisi Festival günlərində yarışlar zamanı növbə çəkəcəklər

Səhiyyə Nazirinin müvafiq əmrinə əsasən 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə, müəyyən olunmuş yerlərdə 41 Təcili Tibbi Yar...

Jurnalistlər üçün pulsuz müayinə keçiriləcək

Milli Mətbuatın 144-cü ildönümü ilə bağlı Apifioterapiya Mərkəzi ilə Parlament Jurnalistlər Birliyi birgə layihə həyata keçirəcək. Bu barədə Apifiote...

Azərbaycan futbolu tarixində yeni rekord - 6:0 hesablı qələbə

“Neftçi” komandası Azərbaycanın futbol tarixinə düşüb. “Ağ-qaralar” ölkəmizə 1994-cü ildən çıxış etdiyi avrokuboklarda ən böyük hesablı qələbəsini...