27.06.2019

Sahibkarların nəzərinə! Onlar üçün təlim keçiriləcək

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sahibkarlara müraciət edib.

ASK-dan bildirilib ki, konfederasiyanın təşkilatçılığı və “SM Consulting” MMC–nin əməkdaşlığı ilə iyulun 2-də “Əmək münasibətləri zamanı vergi və məcburi dövlət sosial sığorta məqsədləri üçün əməliyyatların tənzimlənməsi” mövzusunda təlim keçiriləcək.

Təlimdə minimum əməkhaqqının artmasının Dövlət Sosial Müdafiə Fondu (DSMF) ödənişlərinə təsiri, DSMF hesabatlılığının düzgün tərtib olunması, DSMF-də differensiasiyalı ödəniş qaydaları və sair mövzular müzakirə olunacaq.

Təlimdə iştirakı təsdiq edən sertifikat təqdim olunacaq.

Mənbə azertag.az


Digər xəbərlər


Bu xidmət də ASAN Xidmət-ə verilir

İstilik şəbəkələrinə qoşulma və istilik enerjiindən istifadə üçün texniki şərtlərin verilməsi qaydaları ASAN Xidmət-ə verilir. Bunu Oxu.az-a ...

“App Store” 180 ədəd proqramı silir

“Apple” şirkəti “App Store” əlavələr dükanında elektron siqaret çəkməklə (veypinq) bağlı 180-dən artıq proqramı siləcək. “Apple İnsider”ə ist...

Aztəminatlı ailələr üçün meyvə bağları salınıb (FOTO)

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə noyabrın 14-...

Mark Zuckerberg TikTok-u niyə ala bilmədi?

Facebook şirkəti 2016-cı ildə bir neçə ay ərzində qısa musiqili videolar servisi olan Musical.ly-nialmaq üçün danışıqlar aparırdı. Lakin mü...