19.06.2019

Sahibkarlıq kreditləri üzrə zəmanətlərin və faiz subsidiyalarının verilməsinin prosedur qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər çərçivəsində sahibkarların, xüsusilə kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, eləcə də kredit zəmanət mexanizminin təkmilləşdirilməsi və stimullaşdırılmasına dəstək məqsədilə İdarə Heyətinin 25 may 2018-ci il tarixli 08-2018 nömrəli qərarı ilə təsdiq edilən “Sahibkarlıq kreditləri üzrə zəmanətlərin və faiz subsidiyalarının verilməsinin prosedur Qaydaları”na (Qaydalar) dəyişiklik edib.

Bu barədə Fondun açıqlamasında bildirilir. 

Dəyişikliyə əsasən, zəmanət verilməsi üçün müvəkkil bank tərəfindən təqdim edilən sənədlərin siyahısı ilə bağlı kredit məbləği üzrə müvafiq hədd 200 min manatdan 350 min manata qaldırılıb. Bundan başqa, yeni qaydalara görə, təminatın kreditə nisbəti kateqoriyaları borcalanın kredit reytinqi ilə əlaqələndirilir. Başqa sözlə, kredit reytinq modelinə əsasən yüksək reytinqə malik, yəni risk səviyyəsi aşağı olan sahibkarlıq subyektlərindən təminat tələb olunmur. Reytinqə əsasən orta risk səviyyəsinə malik sahibkarlıq subyektlərinin təminatına tələblər isə daha da yumşaldılıb. Bundan başqa, zəmanət üzrə müraciət zamanı tələb olunan sənədlər də sadələşdirilib.

Qeyd olunan dəyişikliklər təminat yetərsizliyi səbəbindən bank kreditlərinə çıxışı olmayan sahibkarlıq subyektləri üçün maneələrin aradan qaldırılmasına, istər say, istər sektor, istərsə də coğrafi baxımdan daha çox sahibkarın maliyyə resurslarına çıxış imkanlarının artırılmasına şərait yaradacaq. Eyni zamanda, yeni qaydalar bankların kredit risklərini sığortalamaqla kredit layihələrinin maliyyələşməsini stimullaşdıracaq.

Qaydalara edilən yeni dəyişikliklərlə bağlı müvəkkil banklarla görüş təşkil olunub, təqdimat keçirilib, suallar cavablandırlıb.

Qeyd edək ki, ölkə prezidentinin 29 noyabr 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası”nın 7.4-cü bəndinə görə, təminatın kreditə nisbəti kateqoriyalarının (aşağı, yuxarı və orta) hədlərini Fondun İdarə Heyəti müəyyən edir və ona ən azı ildə bir dəfə olmaqla yenidən baxılır.

Mənbə report.az


Digər xəbərlər


Diqqət! Ünvanlı sosial yardımın alınması qaydaları dəyişir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunma...

Ölkədə banklara olan inam niyə aşağıdır?

Ölkəmizdə vətəndaş bank münasibətlərində təbii ki, müəyyən problemli məqamlar mövcuddur.Bu sahədə  cəmiyyətdə banklara ,xüsusilə də özəl banklara ola...

Avtomobili olanlara ideal rahatlıq yaradıldı

Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək.Bu barədə FED.az-a Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsi...

Ölkəmizə gətirilən avtomobillərin sayı 2 dəfə artıb - SƏBƏB

Hesabat dövründə ölkəyə 27 825 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal ...