12.06.2019

Sberbank PayZakat platformasına şərik oldu

PayZakat — Müsəlmanların kasıblar və ehtiyacı olanlar üçün topladıqları Könüllü və İcbari ödənişlərin platformasıdır.

PayZakat —  Sber#Up daxili korporativ akseleratorunun ilk dalğasının qalibidir.

Rusiyanın ən böyük banklarından olan Sberbank PayZakat platformasının 25%-nin satın alınması barədə saziş imzalayıb.

Sosial şəbəkələrlə inteqrasiya olunmuş çat botlardan istifadə edərək istifadəçilər ödənişi hesablayır (sədəqə, zəkat, fitrə, zəkat əl adha), məbləği xeyriyyə təşkilatları arasında paylaşdırır, yardım etmək istədikləri layihələri seçir və PayZakat-dan geri dönüş alır.

PayZakat yalnız real mövcud olan işlərin gedişatının daxil olan və xərclənən vəsaitin şəffaf izlənmə mexanizmi olan layihələr təklif edir.

PayZakatın monitorinq sistemi real vaxt rejimində layihələrin icrasını nəzarətdə saxlayır və smart çat bot vasitəsi ilə xeyriyyəçi layihənin vəziyyəti haqqında vaxtı vaxtında məlumat alır.

Oleq Qaneev, Sberbankın idarə heyətinin sədr müavini

Oleq Qaneev

“Bu əlamətdar hadisədir: Sberbankın daxilində yetişdirdiyimiz bir layihə bizim ekosistemin bir hissəsi olur. Bu ideya keçən il bankın işçiləri üçün Sber#Up korporativ akseleratorunun ilk dalğasının qalibi olub. İndi akseleratorun ikinci dalğası keçirilir və mən əminəm ki, tək PayZakat deyil, işçilərimizin hazırladığı digər startaplar da Sberbankın dinamik inkişaf edən ekosisteminə yeni məhsullar və servislər gətirəcək.”

Bu gün bütün dünyada zəkat üçün toplanan pullar ildə 500 milyard dollara bərabərdir. Bu vəsait, əsasən, nağd şəkildə yığılır. Dünyada 1,8 milyard müsəlmanın yaşadığını nəzərə alsaq (o cümlədən, Rusiya və MDB ölkələrində 80 milyon insan), bu tip servisin potensial istifadəçilərinin sayı həddən artıq böyükdür. Perspektivdə PayZakat xeyriyyə üçün verilən ianələri toplayan qlobal, rəqəmsal ödəmə platformasına çevrilib universal bir alətə dönüşə bilər.


Digər xəbərlər


UEFA "Qarabağ"ın hesabına 4 milyon avroya yaxın pul ödəyib

“Qarabağ” Futbol Klubunun 2019-2020-ci il mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış vəsait kl...

“Nissan” şirkətinin rəhbəri vəzifəsindən getdi

Sentyabrın 16-da Yaponiyanın “Nissan” avtomobil şirkətinin rəhbəri Hiroto Saikava istefa verib. Kyodo agentliyinə istinadla xəbər verilir ki, onun...

ABŞ-ın Windows qadağası sanksiyaları səbəbilə Huawei şirkəti öz noutbuklarını Linux'a keçirdir

Huawei şirkəti ABŞ sanksiyaları səbəbilə Windows əməliyyat sistemindən istifadənin qadağan olunmasına artıq hazırlaşır. Buna görə də şirkət Linux əmə...

iPhone 11 smartfonu ön sifariş rekordu qırdı

 Təqdimatdan sonra iPhone 11 alıcılar arasında böyük səs küyə səbəb oldu. Onların bir hissəsi artıq Apple mağazalarının qaba...