24.06.2019

Tariximiz getdikcə erməniləşir — Laçında daha bir Azərbaycan məbədinin erməni kilsəsi kimi açılışı oldu — FOTOLAR

Azərbaycanın 27-ci ildir ki, işğal altında qalan Laçın rayonunun Hoçaz kəndində sülənən ermənilər daha bir tarixi məbədimizi abadlaşdıraraq öz kilsələri kimi açılışını ediblər.

Separatçı nəşrlərin yaydığı məlumata görə, “Tufengyan” fondunun vəsaiti hesabına təmir olunmuş Azərbaycan məbədinin açılışında  Qarabağın erməni keşişi Parqev Martirosyan və “Kaşataq” adlandırılmış Laçın, Qubadlı, Zəngilan ərazilərinin faktiki başçısı, ABŞ vətəndaşı Stepan Sərkisyan iştirak edib.

Qeyd edək ki, Hoçaz kəndinin  faktiki “icra nümayəndəsi” fotoda gördüyünüz cavan erməni qadındır…

P.S. Xatırladaq ki, ermənilərin Azərbaycanın işğal altındakı ərazilərində erməni kilsəsi kimi təqdim etdiyi bütün tarixi abidələr  müsəlmanlığın qəbulunadək xristian kimi yaşamış  soydaşlarımızın ibadət məkanları olub… 

Mənbə moderator.az


Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olublar

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Vatikanda Sikstin Kapellas...

Prezident və xanımı Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 21-də Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə...

Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva Romadakı Kuir...

İtaliyanın ənənəvi portağal döyüşü festivalı bu il də keçirildi

Hər il olduğu kimi, çərşənbə axşamı günü, İtaliyadakı “İvrea” şəhərinin vətəndaşları, bir-birlərinə portağal atmaq üçün əsas meydanda toplaşıblar. ...