28.06.2019

Tesla şirkətinin gizli layihəsi ortaya çıxdı

Tesla şirkəti Frimontdakı avtomobil zavodunun yanındakı müəssisədə elektromobillər üçün gizli şəkildə özünün batareyalarının yaradılması üzərində çalışır. Bu barədə CNBC saytına istinadən Vc.ru saytı xəbər verib.

Qeyd etmək lazımdır ki, Frimontdakı zavodda şirkət Model SModel X və Model 3 elektromobillərini istehsal edir. Onlar üçün olan batareyalar isə Nevadadakı Gigafactory adlı zavodda istehsal olunur. Bu zavoddan Panasonic şirkəti ilə birlikdə istifadə edilir. Məlumata əsasən, Tesla şirkətinin tədqiqat komandasının əməkdaşları litium-ion batareyalarının prototipi və elektromobil hissələrinin irimiqyaslı istehsalına imkan verəcək təchizatın yaradılması üzərində çalışırlar.

Bu ilin may ayında şirkət batareya istehsalı ilə məşğul olan mühəndislər üçün vakansiyalar yerləşdirmişdi. Öz batareyaların yaradılması ilə Tesla şirkəti daha ucuz və yüksək performanslı elektromobillər təklif edə bilər. Bununla yanaşı şirkət öz partnyorları ilə resurs və texnologiyaları bölüşməmək hüququna da sahib ola bilər. Lakin CNBC-nin fikrincə əgər Tesla öz layihəsini vaxtında reallaşdırsa belə çətin ki, o, yaxın zamanda Panasonic və digər şirkətlər ilə əməkdaşlığın dayandırılmasını qərara alsın. Məlumata əsasən Tesla şirkəti Panasonic və LG şirkətləri ilə əməkdaşlıq edəcək.

 Həmin şirkətlər Şanxayda istehsal olunacaq Model 3 elektromobil modelləri üçün batareyaları istehsal edəcəklər. Bu ilin yanvar ayında Panasonic Toyota ilə birlikdə elektromobil batareyalarının birgə istehsalını anons etmişdi. Bu iki şirkət bunun üçün ortaq müəssisə yaradacaq. Həmin müəssisənin 51%-i Toyota şirkətinə 49%-i isə Panasonic şirkətinə məxsus olacaq. Aprel aynda isə Panasonic şirkəti elan etmişdi ki, o, müəyyən müddətlik Tesla Gigafactory zavoduna investisiyaları dayandıracaq. Bu səbəbdən Tesla şirkətinin CEO-su Elon Musk isə Model 3 elektromobil modelinin istehsalat tempinin aşağı salınmasında Panasonic şirkətini günahlandırmışdı.

Mənbə technote.az


Digər xəbərlər


Diqqət! Ünvanlı sosial yardımın alınması qaydaları dəyişir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunma...

Ölkədə banklara olan inam niyə aşağıdır?

Ölkəmizdə vətəndaş bank münasibətlərində təbii ki, müəyyən problemli məqamlar mövcuddur.Bu sahədə  cəmiyyətdə banklara ,xüsusilə də özəl banklara ola...

Avtomobili olanlara ideal rahatlıq yaradıldı

Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək.Bu barədə FED.az-a Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsi...

Ölkəmizə gətirilən avtomobillərin sayı 2 dəfə artıb - SƏBƏB

Hesabat dövründə ölkəyə 27 825 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal ...