11.06.2019

Tramp Çini hədələdi: «Si Cinpin G20 sammitinə gəlməsə, yeni rüsumlar tətbiq edəcəm»

Çin lideri Si Cinpin G20 sammitinə gəlməsə, Amerika Birləşmiş Ştatları (ABŞ) Çin məhsullarına yeni rüsum tətbiq edəcək

Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

D.Tramp jurnalistlərin rüsumların tətbiq olunması ilə bağlı sualına cavab olaraq qısaca “Bəli, olacaq” deyib.

Bir müddət əvvəl Tramp administrasiyası Çindən 200 milyard dollar həcmində məhsul idxalına 25 faiz rüsum tətbiq etmişdi. Növbəti mərhələdə 300 milyard dollar həcmində məhsula rüsumun artırılması planlaşdırılır.

Qeyd edək ki, G20 sammiti iyunun 29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək.

Mənbə gunaz.tv


Digər xəbərlər


Türkmənistan prezidentinin təyyarəsi Almaniyada peyda olub

Biraz əvvəl ölüm xəbəri yayılan (Moskvadakı səfirlik xəbəri təkzib edir) Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedovun təyyarəsi Almaniyada pe...

Türkmənistan səfirliyi prezidentin ölüm xəbərini təkzib edir

Türkmənistanın Moskvadakı səfirliyi bu ölkənin prezidenti Qurbanqulu Berdımuxammedovun öldüyü haqda Rusiya KİV-lərinin yaydığı məlumatı təkzib edir. ...

Türkmənistan prezidentinin ölüm xəbəri yayılıb

Bir neçə saat əvvəl aparıcı Rusiya KİV ləri Türkmənistan müxalifətinin nümayəndələrinə istinadən, bu ölkənin prezidenti Qurbanqulu Berdımuxammedovun ...

Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir

Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə başlayıb. Yerli vaxtla səhər saat 08:00-da açılan seçki məntəqələri axşam saat 20:0...