12.06.2019

Tramp G-20 əvvəli ticarət razılaşmasını niyə gecikdirir?

ABŞ Prezidenti Donald Tramp, Çin ilə tamamlanamayan ticarət razılaşmasını, ilin əvvəlində üzərində müzakirə aparılan şərtlərə Pekin geri dönmədiyi müddətcə şəxsən gecikdirdiyini söyləyib. 

Tramp Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada, «Bu an razılaşmanı gözlədən mənəm. Çin ilə ya mükəmməl bir müqavilə bağlayacağıq ya da heç bir müqavilə bağlamayacağıq» deyib. 

Ötən ay ABŞ Çini ticarət müzakirələrində öhdəliklərini reallaşdırmamaqla günahlandırmış və danışıqlar iflasa uğramışdı.

Tramp mövzuya dair «Çin ilə bir razılaşmamız vardı. Çin o razılaşmaya geri dönmədiyi müddətcə maraqlanmıram» deyib. 

Trampın ticarət müharibəsinə dair açıqlamaları, Çin Dövlət başçısı Xi Jinpingin Yaponiyada bu ayın sonunda keçiriləcək G-20 Liderlər zirvəsində ozü ilə görüşməməsi halında vergilərin yüksəldiləcəyini bildirməsinin ardından gəldi. Tramp jurnalistlərə etdiyi açıqlamada, 300 milyard dollarlıq Çin məhsulu üçün gömrük tariflərini 25% ya da  25%-dən daha yüksək bir səviyyəyə qaldıra biləcəyini demişdi. 

Mənbə fins.az


Digər xəbərlər


Prezidenti İlham Əliyev “Carlsberg Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees’t Hart ilə görüşüb. ...

Azərbaycan Prezidenti Davosda Avrasiyanın gələcəyini müzakirə edəcək

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun yanvarın 22-nə təyin olunmuş “Strateji Proqnoz: Avrasiya” sess...

Prezident İlham Əliyev İsveçrədə işgüzar səfərdədir

Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfedera...

Özbəkistanda hökumət tam tərkibdə istefaya getdi

Yanvarın 20-də Özbəkistan Ali Məclisi Senatının iclasının sonunda ölkənin Baş naziri Abdulla Aripov hökumətin tam tərkibdə istefa verdiyini elan edib...