14.06.2019

TÜRK PA Baş katibi Mehriban Əliyevanın fəaliyyətini yüksək dəyərləndirdi

Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyada gender bərabərliyi hərəkatının ön sıralarında durur və bu sahədə çoxşaxəli fəaliyyəti ilə öz töhfəsini verməkdədir.

Bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) Baş katibi Altınbek Mamayusupov Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, Azərbaycan hələ bir əsr öncə qərb ölkələrinin bir çoxundan əvvəl qadınlara səsvermə hüququ verən dövlət olub: “Hazırda bütün türkdilli ölkələrdə qadınların cəmiyyət və dövlət həyatında rolu müşahidə olunmaqdadır. TÜRK PA-ya üzv ölkələr dayanıqlı inkişafla bağlı məsələlərdə aktivlik göstərirlər. Üzv ölkələrdə gender bərabərliyi ilə bağlı normativ hüquqi baza yaradılıb”.

A.Mamayusupov vurğulayıb ki, son illərdə hələ də qadınlar zorakılığın müxtəlif növlərinə məruz qalmaqdadır. O bildirib ki, bu problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır.

Mənbə trend.az


Digər xəbərlər


DSX əməkdaşı bıçaqlandı

Sentyabrın 20-si saat 21:05 radələrində Dövlət Sərhəd Xidmə­tinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazi­sin­də Cəlilabad-Yard...

Adı çəkilən ünvanlardakı yeni binaların mənzilləri "kupça" ilə təmin ediləcək - TARİXLƏR

«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı «Bəzi çoxmənzilli binaların istismarına icazə v...

Karxanada yanğın - Bir nəfər işçi dünyasını dəyişdi

Bakıda daş karxanasında yanğın olub. Hadisə paytaxtın Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən «Korgöz» daş karxanasında baş verib. ...

Danimarkada maraqlı hadisə - Sirk fillərini “pensiyaya göndəriblər”

Danimarkada sirk fillərini “pensiyaya göndəriblər”. Danimarka KİV-lərinə istinadla xəbər verilir ki, Krallıq 11 milyon kron (1,6 milyon dollardan ...