07.06.2019

UBER vertolyot taksi xidmətini anons etdi

Uber şirkəti vertolyot vasitəsilə sərnişin daşıma servisini anons etdi. Bu barədə The New York Times saytına istinadən Rusbase saytı xəbər verib. Şirkətin yeni servisi Uber Copter adını əldə edib. Uber Copter-in 9 iyul tarixində Nyu Yorkda istifadəyə verilməsi planlaşdırılır. Servisin ilk marşrutu isə Aşağı Manhetten ilə John Kennedy adına beynəlxalq hava limanını birləşdirəcək. Bu nəqliyyat növünün sifarişi özündə 8 dəqiqəlik vertolyot uçuşunu və həmçinin uçuşdan əvvəl və sonra da yerüstü nəqliyyat növü ilə daşınmanı birləşdirəcək.

Daşınmanın ümumi vaxtı 30 dəqiqə çəkəcək. Hal hazırda eyni marşrut ilə daşınma pik vaxtda 2 saat zaman aparır. Uber Copter həftənin bazar ertəsindən cümə gününə kimi fəaliyyət göstərəcək, onun bir sərnişin üçün olacaq qiyməti isə 200-225$ təşkil edəcək. Bu servisin xidmətini korporativ loyallıq proqramında Platinum və Diamond statusuna sahib Uber istifadəçiləri sifariş edə biləcəklər. Şirkət isə öz növbəsində bu servisin istifadəyə veriləcəyi şəhərlərin və servisdən istifadə edəcək insanların sayını artırmağı planlaşdırır.

Mənbə technote.az


Digər xəbərlər


Yeni "Elektron ipoteka və kredit zəmanət” sistemi artıq vətəndaşların istifadəsinə verildi

İpoteka və Kredit Zəmanət Fondunun yeni «Elektron ipoteka və kredit zəmanət” sistemi əhalinin və fondun müvəkkil təşkilatlarının (banklar, sığor...

Çay və şəkər tozu kəskin şəkildə bahalaşdı

«Türkiye Şeker Fabrikaları A.Ş.» (Türk Şəkər) şəkərin qiymətini 16 faiz artırdığını açıqlayıb  «Türk Şəkər»in rəsmi internet s...

İpoteka üçün staj arayışı almaq bu şəxslər üçün asanlaşdı

Dövlət İmtahan Mərkəzində qeydə alınan müraciətlə bağlı cari vəziyyəti şəxsi kabinetdən izləmək mümkündür İpoteka üçün dövlət qulluğunda staj barə...

Dünyanın inkişaf etmiş ölkələrində “Yaponlaşma” prosesi gedir

Son illər dünyanın inkişaf etmiş ölkələrində “Yaponlaşma” prosesi gedir. Bunu vaxtilə Yaponiya iqtisadiyyatında qeydə alınmış tendensiyaların bir sır...