13.06.2019

UberAir adlı pilotsuz aerotaksi servisinin testini 2020-ci ildə etməyi planlaşdırır

Uber şirkəti 2020-ci ildə Avstraliyanın Melburn şəhərində UberAir adlı pilotsuz aerotaksi servisi üçün test xəttini istifadəyə verəcək. Həmin test xətti hava limanı ilə şəhərdəki ticarət mərkəzlərindən birini birləşdirəcək. Bu barədə Reuters saytına istinadən Vc.ru saytı xəbər verib.

Sözügedən test xəttinin marşrutu 19 kilometr təşkil edəcək. Həmin məsafəni hava yolu ilə qətt etmək üçün 10 dəqiqə vaxt lazım olacaq. Qeyd etmək lazımdır ki, eyni yolu avtomobil ilə qətt etmək üçün 15 dəqiqə artıq vaxt sərf etmək lazımdır. İlk öncə Uber şirkəti öz yeni servisinin beynəlxalq test sahəsi kimi Dubay şəhərini seçmişdio. Lakin servisin testinin həmin şəhərdə reallaşdırılmasının gecikməsi səbəbilə şirkət məkanı Melburn şəhəri ilə əvəz etməli oldu.

Uber şirkətinin Avstraliya şöbəsi üzrə general menecerinin sözlərinə əsasən şirkət Melburn şəhərini unikal demoqrafik faktor və texnoloji ilə innovasiya mədəniyyəti səbəbilə seçib. Bundan əlavə olaraq Avstraliya ride-sharing-i leqallaşdıran ilk təmsilçilərdən biri olub. Uber şirkəti UberAir servisinin testini həmçinin Los Anceles və Dallas şəhərlərində də reallaşdırmağı planlaşdırır. Servisin kommersiya məqsədli istifadəsinə isə 2023-cü ildə start verilməsi planlaşdırılır.

Mənbə technote.az


Digər xəbərlər


UEFA "Qarabağ"ın hesabına 4 milyon avroya yaxın pul ödəyib

“Qarabağ” Futbol Klubunun 2019-2020-ci il mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış vəsait kl...

“Nissan” şirkətinin rəhbəri vəzifəsindən getdi

Sentyabrın 16-da Yaponiyanın “Nissan” avtomobil şirkətinin rəhbəri Hiroto Saikava istefa verib. Kyodo agentliyinə istinadla xəbər verilir ki, onun...

ABŞ-ın Windows qadağası sanksiyaları səbəbilə Huawei şirkəti öz noutbuklarını Linux'a keçirdir

Huawei şirkəti ABŞ sanksiyaları səbəbilə Windows əməliyyat sistemindən istifadənin qadağan olunmasına artıq hazırlaşır. Buna görə də şirkət Linux əmə...

iPhone 11 smartfonu ön sifariş rekordu qırdı

 Təqdimatdan sonra iPhone 11 alıcılar arasında böyük səs küyə səbəb oldu. Onların bir hissəsi artıq Apple mağazalarının qaba...