30.06.2019

UNESKO-nun baş direktoru Qobustan tarixi qoruğu barədə təəssüratlarını paylaşıb

“Qobustan çox maraqlı və böyük tarixi özündə birləşdirən məkandır. Burada gördüklərim məndə çox xoş təəssüratlar yaratdı».

Bunu Azərbaycanda səfərdə olan UNESKO-nun baş direktoru Odri Azulay Qobustan Milli Tarix-Bədii Qoruğuna baxış keçirərkən deyib.

O bildirib ki, Qobustanda gördükləri onda ölkəmizin mədəni irsi haqqında əyani təsəvvür yaradıb:

«Muzeylə və ərazidəki qədim rəsmlərlə tanış olduqdan sonra mənə tam aydın oldu ki, Qobustan niyə məhz UNESKO-nun Dünya İrsi Siyahısına salınıb”.

O.Azulay və Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev iyunun 30-da Qobustan Milli Tarix-Bədii Qoruğunda olublar.

Dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESKO-nun Dünya irs siyahısına daxil edilib.

Mənbə report.az


Digər xəbərlər


ABŞ-da da vəziyyət qarışdı - Yüzlərlə insan Ağ Evin qarşısında İranla müharibə əleyhinə aksiya keçirib - VİDEO

ABŞ-da yüzlərlə insan Ağ Evin qarşısında toplaşaraq İranla müharibə, habelə Birləşmiş Ştatların Yaxın Şərq siyasəti əleyhinə etiraz aksiyası keçirib....

“Sobsan boyaları” cərimələnib

Bakı Apellyasiya Məhkəməsində «Rəmzi-S» MMC-nin (Sobsan boyaları) cərimə edilməsi ilə bağlı məhkəmə qərarından şirkətin direktoru Orxan All...

Şərəfsiz ermənilər Azərbaycanlıların Soyqırımı günü Qarabağda “prezident seçki”ləri keçirəcək...

Bu həm də on illərdir Azərbaycanda oturub bu xalqa qarşı mənəvi-ruhi, iqtisadi-sosial soyqırımları davam etdirən ermənipərəst şəbəkənin əməllərinin n...

Təcili! YAP deputatlığa namizədlər siyahısını açıqlayır

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilir. İclasda 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə...