25.06.2019

Xameneyinin 97 milyardı necə olacaq? — Trampdan mükəmməl «qol»!

Xəbər verildiyi kimi ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni və daha sərt sanksiyaları imzaladığını açıqlayıb. Bu dəfəki sanksiyalar paketində hədəfə alınanlar arasında ölkənin Ali dini lideri Ayətullah Əli Xameneyi də var. Tramp deyib ki, yeni sanksiyalar ABŞ pilotsuz kəşfiyyat təyyarəsinin  vurulması və «digər bir çox şeylərə» cavabdır.

Qeyd edək ki, bu sanksiyalar paketindən əvvəl iki ölkə arasında gərginlik son həftələrdə daha da yüksəlməkdə idi. Keçən həftə İran Körfəzdə ABŞ pilotsuz kəşfiyyat təyyarəsini  vurub salmışdı.

İran xarici işlər naziri Cavad Zərif sanksiyaların imzalanmasından sonra Twitter-də Tramp administrasiyasının «müharibəyə susadığını» yazıb. ABŞ maliyyə naziri Stiven Mnuçin isə  deyib ki, Trampın iranlıların «milyardlarla» dollarlarını bloklayacaq əmri Tehranın keçən həftə körfəzdə ABŞ-ın pilotsuz təyyarəsini vurmasından daha əvvəl hazırlanırdı.

Trampın bildirdiyinə görə, bu dəfə Ayətullah Əli Xameneyinin hədəflənməsinə səbəb, onun «rejimin düşmən davranışına şəxsən məsuliyyət daşıması» olub.

«Sanksiyalar Tehrana təzyiqləri artırmaqda davam edəcək»,- Trump deyib və əlavə edib ki, İran heç zaman nüvə silahına sahib ola bilməyəcək.

BBC müxbiri Barbara Usher-Plett yazır ki, Ayətullah Əli Xameneyiyə sanksiya qoyulması əhəmiyyətlidir. «O, İranın ali dini Lideridir, İran siyasəti və hərbiyyəsində son söz ona məxsusdur və onun çox böyük iqtisadi gücü var. «Setad» kimi tanınan təşkilatı idarə edən Xameneyi təqribən 95 milyard dollarlıq maliyyəsi ilə biznesə daxil olub.

«Setad» bundan əvvəl də ABŞ sanksiyaları altında idi, lakin Prezident Tramp daha da irəli getdi, Ayətullahla  bağlı olan hamını — ehtimal ki, şirkət şuralarında oturanları, yaxud onun çoxsaylı «kölgə hökuməti»ni hədəflədi.

Belə ki, ABŞ administrasiyası artıq mövcud olan nəhəng neft və maliyyə sanksiyaları ilə təzyiqi daha da sərtləşdirir və Tehranın nəticə etibarilə təslim olmaq və danışıqları qəbul etməsini gözləyir.

ABŞ tələb edir ki, İran öz nüvə proqramını və raket istehsalını cilovlasın və tərəfdaş ərəb qiyamçılarına dəstəyi dayandırsın.

Mənbə fins.az


Digər xəbərlər


270 tibb işçisi Festival günlərində yarışlar zamanı növbə çəkəcəklər

Səhiyyə Nazirinin müvafiq əmrinə əsasən 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə, müəyyən olunmuş yerlərdə 41 Təcili Tibbi Yar...

Jurnalistlər üçün pulsuz müayinə keçiriləcək

Milli Mətbuatın 144-cü ildönümü ilə bağlı Apifioterapiya Mərkəzi ilə Parlament Jurnalistlər Birliyi birgə layihə həyata keçirəcək. Bu barədə Apifiote...

Azərbaycan futbolu tarixində yeni rekord - 6:0 hesablı qələbə

“Neftçi” komandası Azərbaycanın futbol tarixinə düşüb. “Ağ-qaralar” ölkəmizə 1994-cü ildən çıxış etdiyi avrokuboklarda ən böyük hesablı qələbəsini...

FaceApp istifadə edirsiniz? bəs bu proqram haqda nə bilirsiniz?

Bir zamanlar Pokemon Qo məşhurlaşdığı kimi, indi də FaceApp adlı bir tətbiq sosial şəbəkə istifadəçiləri arasında çox populyar olub. Aralarında aktyo...