26.06.2019

Yeni vergi məcəlləsi — Hansı mallar vergidən azad edilir?

Azərbaycanda kənd təsərrfatı sahəsində bir sıra mallar və məhsullar vergi ödəməkdən azad edilir. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.

Hazırda kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğular, maşın, avadanlıq və texnikaların idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib.

Məcəlləyə təklif edilən yeni əlavəyə görə, kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğularla yanaşı, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilmiş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışına görə ƏDV tutulmayacaq.

Qanun layihəsi ölkədə suvarma təyinatlı kənd təsərrüfatı texnikası, avadanlıqlar və onların ehtiyat hissələrinin istehsalının stimullaşdırılmasına, kənd təsərrfüatı texnikalarının saz vəziyyətdə saxlanmasına, texnika və onların ehtiyat hissələrinin qiymətlərinin optimallaşdırılmasına, son nəticədə aqrar sektorun dəstəklənməsinə xidmət edəcək

Mənbə fins.az


Digər xəbərlər


Beynəlxalq Bankdan "oğurlanan" 1 milyarda yaxın pulun izi harada itirilib? - FAKTLAR

Tanınmış vəkil Adil İsmayılov «Beynəlxalq Bank işi» ilə bağlı növbəti sensasion yazısını yazıb.  Qaynarinfo həmin yazını təqdim edir: ...

Yeni "Samsung Galaxy Note 10" smartfonu artıq satışda

«Samsung Electronics» avqustun 23-də yeni flaqman smartfonu «Galaxy Note 10″u 70 ölkədə satmağa başlayıb. TASS-a istinadən xə...

Huawei ABŞ sanksiyalarına qarşı bu cür silahlanır - Mühəndislərdən ibarət xüsusi komandalar yaradır

ABŞ sanksiyalarının yenidən təxirə salınmasına baxmayaraq Huawei şirkətinn yaradıcısı Ren Zhengfei şirkət əməkdaşlarını yeni layh...

Azərbaycanda yeni fabrik tikilir - Foto

Xalça istehsalı kompleks istehsal sahəsidir. Bu sahənin inkişafını  Yunəyirici-Boyaq Fabriki olmadan təsəvvür etmək mümkün deyil. Xalça isteh...