30.07.2019

Əhalinin yenidən kredit əsarətinə düşməsinə banklar niyə mane olmur?

Banklar tərəfindən əhaliyə verilən kreditlərin 42,9%-i istehlak kreditlərinin payına düşür. Beləliklə, Azərbaycan bank sisteminin aktivlər portfelində əhaliyə yönələn kreditlərdə ürəkaçan olmayan məqamlar var.

Bu, bankların sabitliyi nöqteyi-nəzərindən o qədər də təhlükəli tendensiya deyil, lakin bunu əhali haqqında demək olmaz. Çünki əhali tərəfindən həddindən artıq miqdarda kreditlərin götürülməsi ölkə vətəndaşlarının növbəti borc əsarətinə düşəcəyini deməyə əsas verir.

Müqayisə üçün bildirək ki, iqtisadiyyatın energetika və kimya sahəsinə 3,4%, kənd təsərrüfatına 3,8%, tikinti və daşınmaz əmlaka 2,8%, sənaye və istehsala isə 5,9% kredit ayrılıb.

Hökumətin daha əvvəl ikiqat devalvasiyaya qədər xarici valyuta ilə verilmiş problemli kreditlərlə bağlı məsələnin həlli istiqamətində atdığı addımlar nəticəsində Azərbaycanın bank bazarında kredit portfelində artımla bağlı müsbət tendensiya izlənilir: bu ilin mayında aprel ayı ilə müqayisədə verilmiş kreditlərin sayı 13,011 milyard manatdan 13,198 milyard manatadək artıb. Eyni zamanda, problemli kreditlərin həcmi də 1,503 milyard manatdan 1,494 milyard manatadək azalıb. Bu barədə AR Mərkəzi Bankının hesabatlarında qeyd olunub.

Prezident İlham Əliyevin 28 fevral 2019-cu il tarixində imzaladığı və 602 min ölkə vətəndaşını əhatə edən «Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» fərman problemli kreditlər məsələsini əhəmiyyətli dərəcədə həll edib.

Kompensasiyaların ödənilməsinə aprelin 22-dən başlanılıb. Mayın 31-də isə fiziki şəxslərin 95,5%-nə kompensasiya ödənilib. Ümumilikdə vətəndaşlara 601 milyon manat vəsait qaytarılıb ki, bunun da 288,8 milyonu 562 min nəfərin vaxtı keçmiş kreditlərinin ödənilməsinə yönəldilib. 311,3 milyon manat vəsait isə birbaşa vətəndaşlara ödənilib.

Ümüdsüz kreditlər sayəsində bankirlər may ayında kreditləşmənin həcmini 187 milyon manat artırıblar. Bu məbləğin 140 milyonu ev təsərrüfatı üçün verilib. İyunun əvvəlinə əhalinin banklara olan borcu 5,658 milyard manatdır. Başqa sözlə, bir ay ərzində əhalinin Azərbaycan banklarının kredit portfelinə olan bank borcları 42,4%-dən 42,9%-dək artıb.

Əlbəttə, maaşların və pensiyaların artması vətəndaşa banklara kredit üçün daha çox müraciət etmək imkanı verir. Lakin hələlik əhalinin maliyyə savadının bank kreditlərindən düzgün istifadə edəcəkləri və kredit əsarətinə düşməyəcəkləri dərəcədə yüksək olduğunu düşünmək üçün çox tezdir.

Unutmaq lazım deyil ki, banklar tərəfindən istehlak kreditləri üçün müəyyən edilmiş ən yüksək faiz dərəcələri illik 25%-dir. Başqa sözlə, kredit borcunu qaytararkən, borclu bankdan götürdüyü hər dörd manatın əvəzinə azı 5 manat qaytarmalıdır. Bunu isə heç də hamı başa düşmür.

Ümumiyyətlə, əgər hadisələr pessimist ssenari üzrə inkişaf etsə, o zaman təkcə əhalini deyil, bankları da günahlandırmaq lazım gələcək. Sonuncu hədəf auditoriyası əhali yox, sənaye sahəsi ilə məşğul olan, milli iqtisadiyyatın inkişafı üçün strateji əhəmiyyətə malik sahibkarlardır. Bu, ilk növbədə kiçik və orta sahibkarlıq sektorunun nümayəndələridir. Eyni zamanda, bankirlər biznesin kreditləşdirilməsi məsələsində «əllərini yuyublar» və indi əsasən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri ilə fəaliyyət göstərirlər.

Müşahidə olunan tendensiya isə ondan ibarətdir ki, bankirlər əhaliyə istehlak kreditlərinin verilməsinə üstünlük verdikləri və iş adamlarını maliyyə aclığında saxlamağa çalışdıqları zaman özləri də maliyyə riskləri ilə üzləşirlər. Bu meyl isə bank sisteminin sabitliyini təhdid edir.

AR Maliyyə Bazarlarına Nəzarət Palatasının 31 may 2019-cu ilin məlumatına görə, ölkədə 30 bank, 512 bank filialı və 129 bank şöbəsi fəaliyyət göstərir.

Mənbə sputnik.az


Digər xəbərlər


Azərbaycan neftinin yeni qiyməti

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb. Gülüstan.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,04 ABŞ dolla...

Viktoriya Sekret" markası satılır

Dünyaca məşhur qadın alt paltarı markası «Viktoriya Sekret»in hissələrinin böyük faizi satışa çıxarılıb. Gülüstan.info- xəbər verir ki, ...

Manatın sabaha məzənnəsi

Fevralın 20-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 20.02.2020-ci il tarixindən etibarən rəsmi məz...

Bəzi içkilərin aksiz dərəcəsi artırıldı, çaxırınkı isə azaldıldı- SİYAHI

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” ...