05.07.2019

“Ərəb ovu”na çıxanlara qarşı əməliyyat başladı — Video

Bakının mərkəzində, “Torqovı” kimi məşhur olan Fəvvarələr meydanında polislər “ərəb ovu”na çıxan qadınlara qarşı əməliyyat keçirib

Hadisə şəhərin mərkəzində gəzən sakinlərin də diqqətini çəkib.

Mülki geyimli polislər ərəb turistlərlə sövdələşən qadınlara yaxınlaşır, onların qolundan yapışıb yaxınlıqdakı polis bölməsinə aparmaq istəyirlər. Bu zaman qadınlar müqavimət göstərir, onların əlindən çıxmağa çalışırlar. Polislər bu cür əməliyyatlarla şəhərin mərkəzində tüğyan edən əxlaqsızlığın, fahişəliyin qarşısını almağa çalışırlar.

***

Qeyd edək ki, dünən məsələylə bağlı «Qafqazinfo»ya açıqlama verən Bakı şəhər BPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə və mətbuatda ərəb turistlərin yerli qadınlarla ödəniş müqabilində intim münasibət qurmaq üçün açıq sövdələşmələrə girməsi haqda yayılan məlumatlarla bağlı ərazi polis orqanında müvafiq araşdırma aparılır. Ərazidə ictimai qaydanın, paytaxt sakinlərini və turistləri narahat edən, yaxud sosial şəbəkələrdə tirajlanan iddialarla bağlı məsələlər diqqətdə saxlanılır. 

“Bu günədək həmin ərazidən fahişəlik, insan alveri ilə bağlı saxlanılan olmayıb. Çünki bu hallarla bağlı polisə şikayət daxil olmayıb. Amma ərazi fasiləsiz nəzarətdədir və polis əməkdaşları həmin ərazilərdə xidmət aparır. Polis qanunverciliyə uyğun olaraq inzibati tədbirlər həyata keçirir.

İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquq-pozmalara qarşı əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri tərəfimizdən davam etdirilir”, — deyə E. Hacıyev söyləyib.

Mənbə qafqazinfo.az


Digər xəbərlər


Küləkli hava nə vaxta kimi davam edəcək? - Rəsmi açıqlama

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Depa...

Yeni kanal yaradıldı

Azərbaycanda “Kanal 5” adlı yeni internet televiziya yaradılıb. «Kanal5″dən verilən məlumata görə, maraqlı verilişlər, reportajlar, müz...

Günəşin ətrafında UNO göründü - Video

NASA teleskopları günəşin yanında uçan UNO qeydə alıb.“Utro.ru” xəbər verir ki, sözügedən UNO planetimiz böyüklükdə olub.Naməlum obyekt günəşin yaxın...

Erməni kilsəsi Aysor kilsəsini ələ keçirir

Erməni kilsəsinin tarixi ilə az-çox maraqlanan insanlar bilir ki, Erməni kilsəsi tarix boyu ekspansionist siyasət yeridib. Bu gün də bu siyasət davam...