10.07.2019

Ərdoğandan ABŞ-a sərt mesaj: «Türkiyə hücuma məruz qalacağı təqdirdə…»

«Türkiyənin Rusiya istehsalı olan zenit-raket komplekslərindən imtina etməsindən söhbət gedə bilməz»

«Türkiyə hücuma məruz qalacağı təqdirdə Rusiyadan alınan «S-400″ zenit–raket komplekslərindən istifadə edəcək». «Habertürk«ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

«Bizim ehtiyac olan yerdə və zamanda «S-400″ləri istifadə etmək hüququmuz və imkanımız var. Bizə hücum olacağı təqdirdə bu sistemləri işə salacağıq. Biz məhz buna görə sistemlərə investisiya yatırmışıq», — deyə Ərdoğan Bosniya və Herseqovina səfərindən geri dönərkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

O, əlavə edib ki, Türkiyənin Rusiya istehsalı olan zenit-raket komplekslərindən imtina etməsindən söhbət gedə bilməz.

Xatırladaq ki, iyunun 28-də Birləşmiş Ştatlar Senatı 5-ci nəsil «F-35» qırıcı təyyarələrinin Türkiyəyə tədarükünün qadağan olunmasına dair qərar qəbul edib. Bu barədə Senatın 2020-ci il üçün təsdiqlədiyi müdafiə büdcə layihəsində qeyd olunur.

Məlumatda qeyd edilir ki, büdcə layihəsinin 1236-cı bəndində «F-35″lərin Türkiyəyə tədarükünün məhdudlaşdırılması göstərilir.

Bundan əlavə, qanun layihəsində «F-35» təyyarələrinin texniki xidməti ilə bağlı olan avadanlıqların, intellektual mülkiyyət və texniki məlumatların Türkiyə Respublikası ərazisinə ötürülməsi də qadağan edilir.

Eyni zamanda, Rusiyadan «S-400» zenit-raket komplekslərinin Türkiyəyə çatdırılmasının yolverilməz olduğu qeyd olunur.

Xatırladaq ki, iyunun 11-də ABŞ-ın Arizona ştatının «Lyuk» hərbi bazasında «F-35» tipli qırıcı-bombardmanlarında təlim keçən türk pilotlar təlimlərdən uzaqlaşdırılıblar. Bu qərar Türkiyənin Rusiyadan «S-400» zenit-raket kompleksləri almasından sonra Vaşinqtonla aparılan danışıqlar fonunda verilib.

«Nazirliyə məlumdur ki, türk pilotlar… uçuşlar həyata keçirmirlər», — deyə Pentaqonun rəsmi təmsilçisi Mayk Endryus bildirib.

«Əgər Türkiyə öz siyasətini dəyişməsə, onda biz onun «F-35″ proqramından çıxarılmasıyla bağlı müttəfiqimiz Türkiyə ilə əməkdaşlığımızı sıx şəkildə davam etdirəcəyik», — Endryus vurğulayıb.

Mənbə sputnik.az


Digər xəbərlər


Qorbaçov Putinə və Makrona müraciət edib - Məqsədi nədir?

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. Məlumata görə, o, özü bu barədə Rusiya mətbuatına müsa...

Erməni general Azərbaycanla bağlı: "Onlar qəfildən hərbi fəaliyyətə keçə bilərlər"

Azərbaycan Aprel müharibəsində ön cəbhəyə silahlı qüvvələrinin 20%-ni cəlb etmişdi. Bunu Ermənistan Baş Qərargahının keçmiş rəisi general-leytenan...

Təcili! Türkiyə atəşkəs elan edir

Türkiyə və ABŞ Suriyada atəşkəs elan edilməsi bağlı razılığa gəldi. Bu barədə Mayk Pens Türkiyə lideri Ərdoğanla görüşdən sonra mətbuat konfransın...

Putin Trampın cavabını verdi - Ərdoğana görə

ABŞ Prezidenti Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktub çox əcaib bir tonda yazılıb. Bunu Rusiyanın dövlət başçıs...