06.07.2019

Əyyub Quliyev Çini özünə heyran buraxdı

Əyyub Quliyev çinlilərə Qara Qarayevin «Yeddi gözəl» baletini dinlətdi

Çinin Kunmin şəhərində Kunmin Silk Road Filarmoniya orkestrinin iştirakı və Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyevin rəhbərliyi altında simfonik, opera və balet musiqisindən ibarət silsilə konsertlər verilib.

Quliyevin verdiyi məlumata görə, konsertdə Kunmin İncəsənət Kollecinin opera truppasının solistləri Yuri Mixaylyuk, Mariya Kuroçkina, Andrey Bilan, Tatyana Kamilova və Stanislav Maslyanka iştirak ediblər.

Bütün bunlarla yanaşı, konsetdə Kirill Danilovun (Rusiya) rəhbərliyi altında bütün dünyadan gənc artistlər qrupu — Qabriel Fazio (İtaliya), Lara Adriana (Meksika), Mariya Korotkova (Rusiya), Teodora Duraç (Serbiya), Sofiya Bento (Rumıniya), Oşiro Mişio (Yaponiya), Anna Amoros Kalderon (İspaniya), Olqa Sabirova (Özbəkistan), Luçiano Brakko (İtaliya) iştirak ediblər. Müxtəlif konsert proqramları Rixard Ştrausun «Don Juan»ından başlamış böyük Azərbaycan bəstəkarı Qara Qarayevin «Yeddi gözəl» baletinə qədər dünya musiqi sənətinin incilərini əhatə edib.

Proqramda həmçinin «Sonalar gölü», «Yatmış gözəl», «Don Kixot», «Esmeralda», «Ölmüş qu quşu» baletlərindən səhnələr, Çin bəstəkarların simfonik və vokal yaradıcılığı nümunələri olan Ode to the Red Flag, Torch Festival, Flowing stream, Dance of Yao people, Hometown accent səsləndirilib. Kunmin Filarmoniya orkestrinin Kunming Development Centre və İncəsənət Universitetinin Böyük zalında olan konsertlər tam anşlaqla keçib.

Konsertdən sonra Kunmin Filarmoniya orkestrinin və Dövlət İncəsənət Kollecinin rəhbərliyi ilə dirijor Əyyub Quliyev arasında rəsmi görüş keçirilib. Görüşdə Çin simfonik orkestri ilə Azərbaycan musiqiçilərinin birgə yaradıcılıq məsələləri müzakirə edilib.

Mənbə sputnik.az


Digər xəbərlər


Parisdə Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib VİDEO + FOTO

Parisdə UNESKO-nun baş qərargahında Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib. UNESK...

Dahi Fikrət Əmirovun yeni videosu paylaşıldı

Yutub sosial şəbəkəsindəki “Rəşid Behbudov” (Official) kanalında görkəmli bəstəkar Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsərinin premyerasının vi...

Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib (Foto)

Oktyabrın 15-də Nizami Kino Mərkəzində Rusiyanın görkəmli şairi, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Andrey Dementiyevin xatirəsinə hə...

Dünyaca məşhur əsər oğurlandı - Film kimi oğurluq (video)

Eksponat molbertə bərkidilmiş olsa da, bilinməyən səbəblərə görə qıfılı olmayıb. Ümumilikdə oğurluq prosesi 2 dəqiqəyə yaxın çəkib San-Fransisko q...