Bakı 27 ℃

USD 1.7
RUB 0.0312
EUR 1.7773
TRY 0.1018
Qızıl 3064.709
Gümüş 34.1546

03.07.2019

Azərbaycanda ev muzeyindən xalça oğrulandı

Azərbaycanın Xalq rəssamı, professor Kamil Əliyevin ev muzeyindən oğurluq olub.

Hadisə məşhur xalçaçı rəssamın İçərişəhərdə yerləşən ev müzeyində baş verib.

K.Əliyevin ailəsinin mülkiyyətində olan xalçalardan biri oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Kamil Əliyev 1921-ci il oktyabrın 22-də İrəvan şəhərində anadan olub. O, Bakı Rəssamlıq Məktəbini bitirib. K.Əliyev 1930-cu illərdə tələbə olarkən «Azərxalça» Birliyində Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışıb.

O, Bakı Bədii Rəssamlıq Fondunda çalışarkən fil sümüyündən, qızıldan, gümüşdən onlarla orijinal əntiq əşyanın, gümüş dolça, çaydan, armudu stəkan dəstlərinin bədii tərtibatçısı, rəssam — müəllifi kimi özünü təsdiqləyib. Bədii sənət üzrə fəxri fərmanın və respublikanın tətbiqi incəsənət ustası adının (1960) ilk sahibi olub.

K.Əliyev 2005-ci ildə vəfat edib.

Mənbə report.az


Digər xəbərlər


Mehriban Əliyeva: “Uca Tanrı uşaqları bütün qada-balalardan qorusun!” - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı rəsmi “Instagram” hesabında payla...

Avtobus sürücüsünü döyən şəxslə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Abşeronda avtobus sürücüsünü döyən şəxslə bağlı açıqlama yayıb. DİN-dən Gulustan.info-ya daxil ol...

Prezident yeni yolun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilomet...

Azərbaycanda boşanmaların sayı açıqlandı

2020-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 26 min 312 nikah qeydə alınıb. Bu barədə Dövlət Statistik...

ANAMA-nın əməkdaşı minaya düşüb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) minaaxtaranı — Zeynalov Telman B...

Türkiyədə Polad Həşimov adına park açıldı - Foto

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvv...

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə təşəkkür etdi

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə müraciət edib. AZƏRTAC-da yayımlanan müraciətdə deyilir:...

TƏBİB-dən koronavirus vaksinlərinin ilk kimlərə vurulacağı ilə bağlı açıqlama

Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vakinasiya olunacaq. Gulustan.info xəbər verir ki, bunu TƏBİB-in...