Bakı 20 ℃

USD 1.7
RUB 0.0221
EUR 1.9837
TRY 0.2233
Qızıl 3184.389
Gümüş 39.5536

11.07.2019

Tovuzda külli miqdarda istifadə edilməmiş sursat tapılıb — OPERATİV MƏLUMAT

2019-cu il 10 İyul tarixində saat 20:48-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) «Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Xəbərə əsasən qurumun xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə köhnə mal bazarının ərazisinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 16 ədəd əl qumbarası (8 ədəd RQD-5, 5 ədəd RQ-42, 2 ədəd F-1 və 1 ədəd M-75), 16 ədəd əl qumbarasının partladıcısı (15 ədəd UZRQM və 1 ədəd VBR M-75), 1 ədəd tank əleyhinə RKQ-3M əl qumbarası və 2 160 ədəd 5.45 mm-lik patron aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Aşkar qumbaraların və patronların ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Mənbə Qafqazinfo


Digər xəbərlər


Cəbhədəki son vəziyyətlə bağlı açıqlama

Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribatçı əməllərini davam etdirərək Cenevrə Konven...

Azərbaycandan erməni komandanlığına - “Təslim olun!”

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayını...

Ceyhun Bayramovla Lavrov cəbhədəki vəziyyəti müzakirə etdi

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. ...

Daha bir kənd erməni işğalından azad edildi

Azərbaycan Ordusunun əks-hücumları nəticəsində daha bir kəndimiz erməni işğalından azad edilib. Bu barədə Gulustan.info-ya Müd...

Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı paylaşım - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cəbhədəki düşmən təxribatı ilə bağlı paylaşım edib. Birinci vitse-prez...

Azərbaycanın siyasi partiyaları bəyanat yaydı

Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat ya...

SON DƏQİQƏ: Operativ Qərargah məlumat YAYDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə ...

Zakir Həsənov işğaldan azad edilən kəndlərdən danışdı

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Müdafiə Naziri Zakir Həsənov da çıxış edib. ...