Bakı 29 ℃

USD 1.7
RUB 0.0241
EUR 1.909
TRY 0.248
Qızıl 3016.718
Gümüş 30.6249

18.07.2019

Klaviatura niyə əlifba sırası ilə deyil? — Maraqlı fakt

Hər kəsin alışdığı klaviaturun bir çox özəlliklərindən xəbərdar deyilik. Yəqin ki, klaviatur hərflərinin quruluşu haqqında çoxumuz düşünmüşük. Niyə hərflər əlifba sırasında deyil?

Kompüter klaviaturu universal formada qurulub. Hərflərin düzülüş maketi qədim köklərə malikdir. O, yazı maşınlarının mexanikası ilə bağlıdır.

1867-ci ildə amerikalı ixtiraçı Xristofer Şulz tərəfindan icad edilmiş ilk kommersiya maşınında “ABCDEF” klaviaturu istifadə olunub. “ABCDEF” işə yaramırdı, çünki praktik deyildi. İndi işlətdiyimiz klaviatur «QWERTY» adlanır, diqqətlə baxsaq onun adını horizontal şəkildə yuxarıda, sol küncdə düzülmüş hərflərlə yazıldığını görə bilərik. «Qwerty» sxemi çap maşınlarında olan çəkiclərin qarışmağını əngəlləmək üçün ən çox istifadə olunan hərfləri ayırırdı. Klaviaturun ixtiraçısı Şulz isə hərflərin bu cür düzülüşünü başqa bir səbəblə əlaqələndirirdi. Şulz hər iki əllə daha asan və daha sürətli yazmaq üçün sağ və solda ən çox istifadə edilən hərflərə ehtiyac olunduğu düşünürdü.

“Qwerty” klaviaturu istifadə olunduğu ölkəyə görə fərqlənə bilər. Məsələn, Almaniyada Y hərfi ilə Z hərfinin yerlərini dəyişirlər, çünki orada Z hərfi, Y-dən fərqli olaraq, daha sıx istifadə olunur. Azərbaycana gəldikdə, hal-hazırda işlədilən klaviatur “QWERTY” adlanır və latın qrafikasından bir qədər fərqlənir. Azərbaycan klaviaturunda «ət» (@) işarəsi yoxdur və hərflər istifadəçinin rahat yazmağını nəzərə alaraq sayına uyğun yerləşdirilib.

Yeni texnologiyalar “QWERTY’ klaviaturuna ehtiyac olunmadığını göstərir, çünki kompüter klaviaturunda artıq qarışa biləcək heç bir çəkic yoxdur. Sadəcə bizim dövrümüzdə “QWERTY” keçmişdən qalan miras kimi qəbul edilir və bütün dünyada qəbul edilir. banco.az

Mənbə fins.az


Digər xəbərlər


Daha bir həkim koronavirusdan həyatını itirdi

Astaranın məşhur həkimlərindən biri, cərrah Kamil Əliyev COVİD-19-un qurbanı olub. Bu barədə həkimin yaxınları sosial şəbəkədə...

Rusiya radiasiya iddiasına cavab verdi - ABŞ-ın dezinformasiyasıdır

Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Rıabkov Skandinaviya ölkələrində radiasiyanın səviyyəsinin Rusiyanın yeni nəsil sila...

Vanda mühacir fəlakəti: Ölənlərin sayı 10-a yüksəldi

Van gölündə mühacirləri daşıyan gəminin axtarışları nəticəsində daha 2 cansız cəsəd tapılıb. Gulustan.info xəbər verir ki, göl...

Yenilənmiş 8103 SMS icazəni necə alacağıq? - Video

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində ol...

Sobsan boya fabrikində yanğın - VİDEO

Bakının 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə yanğın başlayıb. Gulustan.info xəbər verir ki, sexdə yan...

Azərbaycanda daha 534 nəfərdə COVID-19 aşkarlanıb, 6 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 534 yeni yoluxma faktı qeydə alınıb, 471 nəfər müalicə olunaraq s...

Somalidə terror aktı - Yaralananlar var

Somalidə bomba yüklü avtomobillə terror aktı həyata keçirilib. Kanal8 xəbər verir ki, rəsmilər 5 adamın yaralandığını açıqlayı...

KİVDF yardım ediləcək qəzetlərin adlarını açıqladı

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzet redaksiyala...