10.07.2019

2020-ci ildə Apple 4 yeni iPhone modeli təqdim etmək niyyətindədir

JP Morgan şirkətinin analitikləri investorlar üçün sonuncu hesabatlarında qeyd ediblər ki, Apple şirkəti 2020-ci ildə 4 iPhone modeli təqdim edəcək.

Güman edilir ki, həmin iPhone modellərindən 3-cü 5.4 düym, 6.1 düym və 6.7 düym OLED ekranlarla təchiz olunacaq və 5G texnologiyasını dəstəkləyəcəklər. Həmçinin həmin iPhone modellərinin əsas kameraları ətraf mühitin 3D skan texnologiyasını da (Time-of-Flight) dəstəkləyəcəklər.

Dördüncü iPhone modeli isə iPhone SE-nin büdcəli davamçısı olacaq. O, 4.7 düym LCD ekranla təchiz olunacaq, lakin 5G-ni dəstəkləməyəcək. JP Morgan analitikləri 5G texnologiyasının iPhone modellərinə inteqrasiyası məsələsində optimistdirlər və onların fikrincə 2020-ci ildə Apple şirkəti 195 milyon ədəd iPhone sata biləcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, proqnozlara əsasən Apple şirkəti bu il 180 milyon ədəd iPhone satacaq.

Mənbə technote.az


Digər xəbərlər


Diqqət! Ünvanlı sosial yardımın alınması qaydaları dəyişir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunma...

Ölkədə banklara olan inam niyə aşağıdır?

Ölkəmizdə vətəndaş bank münasibətlərində təbii ki, müəyyən problemli məqamlar mövcuddur.Bu sahədə  cəmiyyətdə banklara ,xüsusilə də özəl banklara ola...

Avtomobili olanlara ideal rahatlıq yaradıldı

Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək.Bu barədə FED.az-a Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsi...

Ölkəmizə gətirilən avtomobillərin sayı 2 dəfə artıb - SƏBƏB

Hesabat dövründə ölkəyə 27 825 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal ...