Bakı 10 ℃

USD 1.7
RUB 0.0225
EUR 2.0271
TRY 0.2156
Qızıl 3072.648
Gümüş 39.4199

28.07.2019

Leyla Əliyeva: “Mən xoşbəxtəm ki, Azərbaycan dünyada belə bir yerə çevrilib”

Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində təşkil olunan “Jara-2019” Beynəlxalq Musiqi Festivalının üçüncü günü — iyulun 27-də iştirakçılar qırmızı xalı üzərindən keçiblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqları arasında olub.

Aparıcının “Bu gün burada 1990-cı illərin hitləri səslənəcək. Sizin sevimli hitiniz varmı” sualını cavablandıran Leyla Əliyeva dedi:

— “İvanuşki İnternəşnl” qrupu mənim çox xoşuma gəlirdi. Elə indi də onları dinləməyi sevirəm.

Bəs bu qrupun hansı mahnıları xoşunuza gəlir?

— Musiqinin, ümumiyyətlə, zamanı olmur. “Koleçko, koleçko, koltso” mahnısı kimi. Ən sevimli mahnı heç vaxt köhnəlmir. Bu səbəbdən çox yaxşı haldır ki, bu gün bunu etdiniz.

Leyla xanım, artıq “Jara” festivalının iki günü arxada qalıb. Hansı hisslər, hansı təəssüratlar var? İldən-ilə bu festivalda sizin üçün dəyişən nədir?

— İldən-ilə, ümumiyyətlə, dünya yaxşılığa doğru dəyişir. Çünki getdikcə daha çox insan başa düşür ki, biz sevgi və mərhəmət üçün yaşayırıq. Mən xoşbəxtəm ki, Azərbaycan dünyada belə bir yerə çevrilib. Arzu edirəm ki, bütün dünya belə olsun. Bütün artistlərə təşəkkürümü bildirirəm.

Xalq artisti Emin Ağalarov ötən əsrin 90-cı illərinin bu gün ifa ediləcək hitlərinin tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağına əminliyini bildirib.

Mənbə azertag.az


Digər xəbərlər


Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini qərəzsiz olmağa çağırıb

Fransanın tanınmış bir qrup mədəniyyət xadimi (rejissor, yazıçı, aktyor, musiqiçi, jurnalist, müğənni) Qarabağdakı erməni separat...

“Qarabağın məşhur müəllimləri” - Səfərəli bəy Vəlibəyov

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması Səfərəli bəy Vəlibəyovdur. O, 1861-ci ildə Şuşad...

Üzeyir Hacıbəyovun anım günüdür

Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, milli operanın banisi Üzeyir H...

ICESCO-nun ekspertləri Ermənistanın abidələri dağıtmasını araşdıracaqlar

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İslam Dünyası Təhsil, Elm və Mədəniyy...

“Qarabağın məşhur müəllimləri” – Xudu Məmmədov

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti tarixi siması Xudu Məmmədovdur. O, 1927-ci il dekabrın ...

"Qarabağın məşhur müəllimləri" – Zakir Bağırov

Təhsil Nazirliyinin «Qarabağın məşhur müəllimləri» layihəsinin növbəti siması Zakir Bağırovdur. O, 1929-cu ildə Şuşa...

"Qarabağın məşhur müəllimləri" – Ceyhun Hacıbəyli

Təhsil Nazirliyinin «Qarabağın məşhur müəllimləri» layihəsinin növbəti siması Ceyhun Hacıbəylidir. Ədəbiyyatımız, ta...

"Qarabağın məşhur müəllimləri" – Mehdi Məmmədov

Təhsil Nazirliyinin «Qarabağın məşhur müəllimləri» layihəsinin növbəti siması Mehdi Məmmədovdur. O, 1918-ci il mayın...