Bakı 10 ℃

USD 1.7
RUB 0.0225
EUR 2.0271
TRY 0.2156
Qızıl 3072.648
Gümüş 39.4199

29.07.2019

CinemaPlus “JARA” komediya filminin nümayişini etdi — Video+Foto

“CinemaPlus Amburan Mall” premium kinoteatrında “JARA” — ilin ən ulduzlu komediya filminin qapalı premyerası keçirilib.

Filmi ilk izləyənlər Emin Ağalarov oğlu Əli ilə, Filip Kirkirov uşaqları Alla-Viktoriya və Martin ilə, Denis Klyaver həyat yoldaşı ilə, Anita Tsoy, Vadim Vernik, Maqomed Murtazaiev, Aygün Kazımova, Cəfər Axundzadə, Dilarə Kazımova, Səmra Rəhimli, Ceyhun Zeynalov (Jin), Tural Əsədov, Emil Abbasov, həmçinin, “Zhara Music” leyblının baş prodüsseri Bahh Tee və artistləri EL’MAN, Zombi və Ellai olublar.

Ekran əsərinin baş prodüsseri Emin Ağalarov bütün qonaqları salamlayıb, kinoya baxaraq yaxşı vaxt keçirməyi arzulayıb və Bakı yayının bənzərsiz ab-havasına və “JARA” festivalının səhnəarxası həyatına dalmağa dəvət edib.

“Belə bir lirik komediyanın ideyası çoxdan fikirlərdə var idi. İstənilən musiqi festivalı miqyaslı bir hadisədir, hara ki, yüzlərlə artistlər gəlir və televiziya efirində görsənməyən səhnəarxası həyat hər zaman qaynayır. Məhz bu haqqda biz təkcə aktyorların iştirakı ilə deyil, həmdə real ulduzların iştirakı ilə bədii romantik film çəkmək qərarı verdik”, — deyə Emin sujetin təfərrüatları ilə bölüşüb.

Həmçinin “Team Films” kino şirkətinin çəkiliş komandasını rəhbərlik etmiş, ideya müəllifi və prodüsser Teymur Cəfərov nitq söyləyib. Bundan başqa, kreativ komandaya rejissor Dunya Lisova, quruluşçu-rəssam Masksim Alipçenko və quruluşçu-operator Vasiliy Rıjkov daxil olub.

Filmin çəkilişləri “JARA” beynəlxalq musiqi festivalı çərçivəsində ötən ilin iyul ayında Bakıda baş tutub. Belə bir lokasiyasının və çəkilişlərin vaxt seçimi film yaradıcılarına bir neçə günlük Rusiya və Azərbaycanın əsas ulduzlarını bir arada yığmaq imkanı yaradıb. Buna görə layihəyə cəlb olunan məşhurların sayına görə film rekorda iddia edə bilər.

Çəkilişlərdə Filip Kirkorov, Nikolay Baskov, Qriqoriy Leps, Ani Lorak, EMİN, Valeriya, İosif Priqojin, Timati, Yeqor Krid və başqaları iştirak ediblər.

Filmin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır. Onlar Bakıda keçirilən “JARA” festivalına uçurlar. Onların arasında Daşa Steklova adlı qız da var. O, filmin qəhrəmanı və “JARA” festivalının ulduzu olaraq tədbiri öz şousu ilə bağlayan artistdir. Onun rolunu Diana Pojarskaya ifa edir. Qeyd edək ki, Pojarskaya “Otel Eleon” seriyalında, eləcə də Emin Ağalarovun “İnanılmaz” və “Wicked Game” mahnılarına çəkilmiş kliplərdə rol alıb.

Filmdə Bakıya gələn Daşanı festivalın digər ulduz iştirakçıları ilə birlikdə çoxsaylı macəralar gözləyir.

Tədbirin təşkilində Cinema Distribution, “Taksim Kebap” restoranı, “Badam Patisserie” şirniyyat evi, “Xan 1860” — çaxır “Karabakh” (Göygöl çaxır zavodu), “Жара” energetik içkisi, Light in Black, Decor&Events By T.A. dekor şirkəti, Şeh su və Basilur dəstək göstəriblər.

Romantik komediya sentyabrın 5-dən etibarən nümayiş olunmağa başlayacaq.

Mənbə report.az


Digər xəbərlər


Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini qərəzsiz olmağa çağırıb

Fransanın tanınmış bir qrup mədəniyyət xadimi (rejissor, yazıçı, aktyor, musiqiçi, jurnalist, müğənni) Qarabağdakı erməni separat...

“Qarabağın məşhur müəllimləri” - Səfərəli bəy Vəlibəyov

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması Səfərəli bəy Vəlibəyovdur. O, 1861-ci ildə Şuşad...

Üzeyir Hacıbəyovun anım günüdür

Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, milli operanın banisi Üzeyir H...

ICESCO-nun ekspertləri Ermənistanın abidələri dağıtmasını araşdıracaqlar

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İslam Dünyası Təhsil, Elm və Mədəniyy...

“Qarabağın məşhur müəllimləri” – Xudu Məmmədov

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti tarixi siması Xudu Məmmədovdur. O, 1927-ci il dekabrın ...

"Qarabağın məşhur müəllimləri" – Zakir Bağırov

Təhsil Nazirliyinin «Qarabağın məşhur müəllimləri» layihəsinin növbəti siması Zakir Bağırovdur. O, 1929-cu ildə Şuşa...

"Qarabağın məşhur müəllimləri" – Ceyhun Hacıbəyli

Təhsil Nazirliyinin «Qarabağın məşhur müəllimləri» layihəsinin növbəti siması Ceyhun Hacıbəylidir. Ədəbiyyatımız, ta...

"Qarabağın məşhur müəllimləri" – Mehdi Məmmədov

Təhsil Nazirliyinin «Qarabağın məşhur müəllimləri» layihəsinin növbəti siması Mehdi Məmmədovdur. O, 1918-ci il mayın...