Bakı 31 ℃

USD 1.7
RUB 0.0302
EUR 1.7744
TRY 0.101
Qızıl 3079.686
Gümüş 34.3069

29.07.2019

XİN: «Bu gün bölgədə yaşanan gərginliyin yeganə səbəbkarı Ermənistandır»

«Bu gün bölgədə yaşanan gərginliyin, ümumiyyətlə, Ermənistan və Azərbaycan arasında “cəbhə bögəsi”nin mövcud olmasının yeganə səbəbkarı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini, yəni Dağlıq Qarabağ və ətraf yeddi rayonu hərbi işğal edən Ermənistandır. Bu məsələdə müxtəlif bəhanələrlə digər günahkarı axtarmaq özü-özünü aldatmaqdan başqa bir şey deyildir. Çünki beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun 3 üzv ölkəsinin daimi üzvü olduğu BMT TŞ-nin qəbul etdiyi qətnamələr və digər təşkilatların qərarları göz qabağındadır».

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Ermənistan XİN-in bölgədə gərginliyin artması ilə bağlı verdiyi açıqlamaya dair KİV-in sualına cavab olaraq bildirib.

«Nə qədər ki, Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının beynəlxalq tanınmış torpaqlarında mövcudluğunu saxlayır, əfsuslar olsun ki, bu kimi insidentlərin baş vermə ehtimalı yüksəkdir. Bu kimi halların qarşısının alınmasının yeganə yolu Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının təmin edilməsidir.

Ermənistan XİN-i bir müddət öncə “bir əl ilə danışıqlar aparıb, digər əl ilə atəş açmağın” düzgün olmadığını iddia etdiyi halda, bu bəyanatdan sonra Azərbaycanın Qazax rayonu istiqamətində sərhəd məntəqəsinin mövqelərini atəşə tutaraq, Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgərini yaralamışdı. Görünür, bir əli ilə Azərbaycan ərazilərini hərbi işğal altında saxlayan Ermənistan digər əli ilə danışıqlar aparmamaq üçün də bəhanələr axtarışındadır. Xatırlatmaq istərdim ki, Vaşınqton görüşündən sonra Xarici İşlər naziri Elmar Məmmədyarov münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi çərçivəsində bundan öncə də əsas sənədlərin müzakirə olunduğu zaman cəbhə bölgəsində heç də tam sakitliyin hökm sürmədiyini, lakin buna rəğmən, danışıqların davam etdirildiyini bəyan etmişdi.

Azərbaycan tərəfi torpaqlarının işğal olunması faktı ilə heç zaman barışmayacaq və bunu Ermənistan tərəfinin çoxdan anlaması gərəkdir. Yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması və bu ərazilərdən didərgin salınmış azərbaycanlıların öz evlərinə geri qayıtması bölgədə gərginliyin aradan qaldırlması, dayanıqlı sülh və əmin-amanlığın, rifahın bərpa olunmasına gətirib çıxaracaqdır», — L.Abdullayeva qeyd edib.

Mənbə report.az


Digər xəbərlər


Ərdoğan İrana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək. “Ahaber” xəbər verir ki, səfər iyulun 19-da baş tutacaq. O, İra...

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü barədə protokollar imzalanıb

İyulun 5-də İsveç və Finlandiyanın NATO-ya üzvlüyü barədə protokollar imzalanıb. Sənədləri NATO-nun Brüsseldəki mənzil-qərarga...

Azərbaycan və Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri arasında görüş olub

Azərbaycan və Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri arasında görüş olub. Bu barədə Milli Məclisin ATƏT PA-da nümayəndə...

İlham Əliyev Cozef Baydenə məktub göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb. Gulustan....

“Azərbaycanla Ermənsitan arasında normallaşmanı dəstəkləyirik” - Çavuşoğlu

“Azərbaycanla Ermənsitan arasında normallaşmanı dəstəkləyirik. Regionda daimi sabitliyə ehtiyacımız var. Cənubi Qafqazda daimi sa...

Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Gul...

Şarl Mişel: “Avropa İttifaqı Qazaxıstandakı islahatları dəstəkləyir”

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub...

Roma Papası Moskvaya və Kiyevə səfər edə bilər

Roma Papası Fransisk Rusiya və Ukraynaya səfər edə bilər. Bunu dünya katoliklərinin dini lideri “Röyters”ə müsahibəsində deyib...