Bakı 26 ℃

USD 1.7
RUB 0.024
EUR 1.915
TRY 0.2483
Qızıl 3005.8295
Gümüş 30.477

31.07.2019

İrəvan xanlığının tarixi ilə bağlı 4 adda əsər ispan və ərəb dillərində çap edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda İrəvan xanlığının tarixinə dair 4 adda əsər ispan və ərəb dillərində çapdan çıxıb.

Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər fundamental tədqiqatlar kimi bu əsərlər də Prezident İlham Əliyevin təşəbbüsü ilə yazılıb.

Bu kitabçalar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İrəvan xanlığının tarixinə dair 4 adda broşürün nəşr olunması” layihəsi çərçivəsində “Azərbaycan Tarixçiləri” İctimai Birliyi tərəfindən nəşr olunub. Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, texniki redaktor isə fəlsəfə doktoru Mehri Xanbabayevadır. Bu əsərlər Tarix İnstitutunun elmi şurasının qərarı ilə çap olunub.

“İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri” kitabçalarının müəllifi tarixçi alim Nazim Mustafadır. Əsərlərdə yazılır ki, erməni rəssamlarından Martiros Saryan, Setrak Arakelyan, Anuş Sahinyan və Qabriel Gürcyanın 1920-1930-cu illərdə çəkdikləri rəsm əsərlərində Göy məscid İrəvan şəhərinin simvolu kimi əks etdirilib. Hazırda Ermənistan rəsmiləri isə Göy məscidi “Fars məscidi” kimi təqdim edir və xaricdən gələn qonaqlara yaşı 200 ildən yuxarı bircə dənə də olsun ermənilərə məxsus tarixi abidə göstərə bilmirlər.

“İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” kitabçalarının müəllifi isə tarixçi alim Güntəkin Nəcəflidir. Əsərlərdə qeyd edilir ki, İrəvan qalası Azərbaycan Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin göstərişi ilə səfəvi sərkərdəsi Rəvanqulu xan tərəfindən XVI əsrin əvvəllərində tikdirilib. İrəvan xanlığını Azərbaycanın yerli türk tayfalarının nümayəndələri olan xanlar idarə etmişlər.

Xatırladaq ki, İrəvan xanlığının tarixi ilə bağlı həmin nəşrlər bundan əvvəl ingilis, rus, erməni və fars dillərində də çap olunub.

Mənbə azertag.az


Digər xəbərlər


İranın sabiq Mədəniyyət naziri Nizami Gəncəvini İran şairi kimi təqdim edib

İranın keçmiş Mədəniyyət naziri Əhməd Məscid Camei Azərbaycanın dahi şairi Nizami Gəncəvini fars şairi kimi təqdim edib. Hazır...

Dieqo Maradona İspaniya yığmasına rəhbərlik edə bilər

Futbol əfsanəsi Dieqo Maradona İspaniya milli komandasının baş məşqçisi təyin oluna bilər. Gulustan.info xəbər verir ki, İspan...

İlham Əliyev rəssama mənzil hədiyyə etdi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Kukla Teatrının baş rəssamı İqbal Əliyevə mənzil bağışlayıb. Bu barədə rəssam şəxsi F...

Ağqoyunlulara məxsus Quran London hərracında naməlum ölkə tərəfindən satın alınıb

Azərbaycan tarixinin bir parçası olan Quran Londonun «Christie’s» salonunda keçirilən hərracda satılıb. Gulust...

Türkiyə İngiltərədən Sultan Mehmedin portretini satın alıb

İstanbulun Böyük Şəhir Bələdiyyəsi İngiltərənin «National Gallery» muzeyinin daimi sərgilənən sənət əsərləri arasında y...

Qızıl Qlobus mükafatları təxirə salındı - Koronavirusa görə

Qızıl Qlobus mükafatları 2021-ci ilin fevralına qədər təxirə salınıb. Gulustan.info xəbər verir ki, bu qərarı mükafatların təş...

Dağıdılan Alban məbədi və Mədəniyyət nazirliyinin susqunluğu

Zaqatala şəhərinin mərkəzində yerləşən IV-V əsrə aid Alban məbədi Mədəniyyət Nazirliyinin daha bir qurbanıdır. Ermənilər illərdir...

“Səs Uşaqlar” müsabiqəsində böyük dəyişiklik

İctimai Televiziya və Radio Yayımları Şirkəti dünyada prioritetə çevrilən pandemiya səbəbilə bir sıra layihələrinin formatına dəy...