Bakı 31 ℃

USD 1.7
RUB 0.0302
EUR 1.7744
TRY 0.101
Qızıl 3079.686
Gümüş 34.3069

31.07.2019

Rusiya nə üçün türkdilli bloka qoşulmaq istəyir?

Rusiya Xarici İşlər naziri Sergey Lavrov son açıqlamalarının birində deyib ki, Rusiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmaq istəyir. Rusiya niyə türkdilli dövlətlərin birliyinə qoşulmaq istəyir?

Bu barədə suala “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində cavab bildirilib.

Yazıda Rusiyanın hansı səbəbdən birliyə üzv olmaq istəməsinə aydınlıq gətirilib:

«Birincisi, Rusiyada yaşayan 20 milyon müsəlmanın təxminən 11 milyonu məhz türkdillilərdir. Bu hesabla Rusiyada əhalinin sayına görə ruslardan sonra ikinci sırada türkdilli müsəlmanlar dayanır. Bu mənada Rusiya da özünü türk dünyasının kiçik də olsa, tərkib hissəsi kimi qələmə vermək istəyir.

İkincisi, Rusiyanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan dövlətlərin hamısı (Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan) ilə münasibətləri tərəfdaşlıq, strateji tərəfdaşlıq və ya strateji müttəfiqlik (Qazaxıstan və Qırğızstan Rusiya ilə birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, o cümlədən Avrasiya İqtisadi Birliyinin üzvləridir) səviyyəsindədir. Digər tərəfdən Rusiyanın türkdilli dövlətlərin hamısı ilə sərhədi var.

Üçüncüsü, Rusiya ilkin mərhələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına müşahidəçi statusunda qatıla bilər. Macarıstan da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında müşahidəçi statusla iştirak edir. Rusiya İslam Əməkdaşlıq Təşkilatında da müşahidəçi statusundadır”.

Yazıda qeyd olunur ki, SSRİ dağıldıqdan sonra Rusiya türkdilli dövlətlərin birliyindən ehtiyatlanırdı, mifik “Turan” ideyasını Rusiya əleyhinə layihə kimi dəyərləndirirdi:

“Moskva həm də ondan ehtiyatlanırdı ki, türkdilli dövlətlərin birliyi ideyası Vaşinqtona məxsusdur və Amerika bu ideyanı Türkiyə vasitəsilə reallaşdırmağa çalışır. Bu qorxu Çeçenistan müharibəsi zamanı Rusiyanı daha çox qorxudurdu. Ancaq 2000-ci illərdən başlayaraq türkdilli dövlətlər, o cümlədən Moskvanın daha çox ehtiyat etdiyi Türkiyə Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurdu. Bu gün Türkiyə-Rusiya siyasi, iqtisadi və hərbi əməkdaşlığınıın miqyası Türkiyə-ABŞ tərəfdaşlığını üstələyir. Ona görə də Rusiya artıq keçmiş illərdə olduğu kimi Türkiyənin regional maraqlarından və türk bilrliyindən ehtiyatlanmır”.

Buna baxmayaraq qeyd edilir ki, Rusiyanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına müşahidəçi və ya üzvlük statusunda qatılmasının əsas məqsədlərindən biri üzv dövlətləri özünə yaxın saxlamaq və Amerikanın maraqlarına qarşı birgə müqaviməti təşkil etməkdir:

“Əlbəttə, Türkiyənin hazırda Amerika ilə münasibətləri hamar deyil və Rusiya ilə əməkdaşlığa xüsusi önəm verir. Buna rəğmən, Ankara Vaşinqtona qarşı Moskva ilə eyni blokda yer almaz. Bu Azərbaycanla Qazaxıstanın da maraqlarına uyğun deyil”.

Mənbə axar.az


Digər xəbərlər


Ərdoğan İrana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək. “Ahaber” xəbər verir ki, səfər iyulun 19-da baş tutacaq. O, İra...

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü barədə protokollar imzalanıb

İyulun 5-də İsveç və Finlandiyanın NATO-ya üzvlüyü barədə protokollar imzalanıb. Sənədləri NATO-nun Brüsseldəki mənzil-qərarga...

Azərbaycan və Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri arasında görüş olub

Azərbaycan və Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri arasında görüş olub. Bu barədə Milli Məclisin ATƏT PA-da nümayəndə...

İlham Əliyev Cozef Baydenə məktub göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb. Gulustan....

“Azərbaycanla Ermənsitan arasında normallaşmanı dəstəkləyirik” - Çavuşoğlu

“Azərbaycanla Ermənsitan arasında normallaşmanı dəstəkləyirik. Regionda daimi sabitliyə ehtiyacımız var. Cənubi Qafqazda daimi sa...

Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Gul...

Şarl Mişel: “Avropa İttifaqı Qazaxıstandakı islahatları dəstəkləyir”

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub...

Roma Papası Moskvaya və Kiyevə səfər edə bilər

Roma Papası Fransisk Rusiya və Ukraynaya səfər edə bilər. Bunu dünya katoliklərinin dini lideri “Röyters”ə müsahibəsində deyib...