28.07.2019

6 yaşlı qız 8 milyon dollarlıq ev aldı

Cənubi Koreyada 6 yaşlı youtuber qızcığaz ailəsi üçün Seul yaxınlığında 8 milyon dollarlıq ev alıb. Business Insiderin verdiyi məlumata görə, balaca Boram ümumi auditoriyası 30 milyon izləyicidən çox olan 2 YouTube kanalının müəllifidir. Bir kanal oyuncaqlara digəri isə uşaqların gündəlik həyatına və əyləncəsinə həsr olunub.

Qızcığazın bəzi videolarının izlənmə sayı 300 milyondan artıqdır. Boramın əsas gəlir mənbəyi, oyuncaq istehsal edən şirkətlərdən gəlir. Boram kimi məşhur youtuberlara, oyuncaq istehsalçıları onmilyonlarla dollar ödəyir, bu biznesi idarə etmək üçün, qızın valideyinləri Boram Family şirkətini yaradıb.
Müqayisə üçün deyək ki, Boramın əsas rəqibi olan RyanToysReview YouTube kanalı 2018-ci ildə 22 milyon dollar gəlir əldə edib.


Digər xəbərlər


Türkiyənin məşhur iş adamı Azərbaycanda böyük işlər görməyə qərar verib

“Biz qardaşıq, soyumuz birdir, eyni dildə danışırıq, eyni mətbəxə və mədəniyyətə sahibik” bunu Türkiyədə fəaliyyət göstərən “Nacsoft Yazılım” şirkəti...

Azərbaycanda YENİLİK - Hər bir işsizin "şəxsi kabinet"i olacaq

Bu ilin sonundan başlayaraq işsiz vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı vakansiya bazasından özləri üçün münasib işi s...

Apple-dan 3 arxa kameralı iPad Pro planşet modeli - FOTO

İnternetdə iPhone 11 Pro-dakı kimi 3 arxa kamera moduluna sahib yeni iPad Pro modelinin fotosu ortaya çıxıb. Sonny Dickson adlı insayder sözügedən p...

Azərbaycanda yeni üsulla kişmiş istehsal olunacaq

Kənd Təsərrüfatı naziri İnam Kərimov “Samux rayonunda meyvə qurusu istehsalı” müəssisəsinə baş çəkib. Bildirilib ki, bu layihənin yekun məhsulu ol...