12.07.2019

Oqtay Əsədovdan qeyri-ciddi davranış — Deputatı «lağa qoydu»

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Sosial Tədqiqatlar Mərkəzinin direktoru Zahid Oruc dövlət qurumlarını aktiv olmağa çağırıb

Zahid Oruc 3 ay ərzində dövlət qurumlarının informasiya siyasətini təftiş etdiyini açıqlayıb.

O, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, «Salaam Cinema Baku» kinoteatrının yerləşdiyi bina Gəncə hadisələri zamanı həbsxanada vəfat edən Aydın Qurbanovun ölümü ətrafında baş verənlərə toxunub. Z.Oruc bildirib ki, dövlət qurumları informasiya siyasətini düzgün qurmalıdırlar: «Məhbus öldükdən 3 gün sonra Baş Prokurorluq, Penitensiar Xidmət açıqlama verdilər. Bu, düzgün yanaşma deyil, 3 gün ərzində həmin adamın cəsədini başları üzərinə qaldırıb, ondan hakimiyyət əleyhinə siyasət aparanları prokrorluq orqanları və ədliyyə sistemi görməli idi. Məqsəd gəncəliləri dövlətdən küsdürmək idi».

Milli Məclisin sədri Oqtay Əsədov Z.Oruca irad tutub. O.Əsədov deyib ki, gündəlik ətrafında çıxış etmək lazımdır: «Dediyin sözlərdə həqiqət var. Çalış, gələn dəfə tez-tez danış, darıxırıq sən danışmayanda. Amma gündəlik ətrafında danış!»

Mənbə axar.az


Digər xəbərlər


Dünya universitetlərinin reytinqi bəlli oldu

Ötən həftə, avqustun 16-da Şanxay Reytinq Konsultasiya şirkəti “Dünya Universitetlərinin 2019-cu il üçün Akademik Reytinqi”ni açıqlayıb. 2003-cü ildə...

Neftçilər metrosu ətrafındakı tıxac nə zaman bitəcək?

Vaqif Əsədov: “Sürücülər yol hərəkətində şəxsi mənafelərini üstün tutmamalıdırlar. Yol hərəkəti iştirakçıları öz məsuliyyətlərini dərk etmək istəmirl...

Metropoliten xəttə əlavə 4 qatar buraxacaq

Sentyabrın 16-da ölkədə yeni tədris ilinin başlaması ilə bağlı «Bakı Metropoliteni» QSC yeni iş qrafikinə keçir. Bu barədə Trend-ə açıql...

Quba və Şabranda yanğın hələ də davam edir (Foto + Video)

Şabran və Quba rayonları sərhədindəki kolluq ərazilərdə başlayan yanğın davam edir. Yanğının söndürülməsi üçün cəlb olunan Fövqaladə Hallar Nazirl...