10.07.2019

Yerevanda qarşıdurma — Köçaryan tərəfdarları ilə polis arasında toqquşma olub

Yerevanda Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın tərəfdarları ilə polis arasında toqquşma baş verib. 

“Novosti Armeniya”ya istinadən xəbər verilir ki, bunu ölkə Polisinin Mətbuat xidməti rəisinin müavini Edqar Canoyan bildirib.

Onun sözlərinə görə, asayiş keşikçilərinə müqavimət göstərən 6 nəfər saxlanılıb. 

R.Koçaryanın tərəfdarları iyulun 10-da paytaxtda yürüş keçirib, Ermənistanın baş naziri Nikol Paşinyanın avtokarvanının hərəkət etdiyi yolu bağlamağa cəhd göstəriblər. Polis onları yoldan çıxıb, küçəni açmalarını tələb edib. Aksiya iştirakçıları asayiş keşikçilərinin xəbərdarlığına məhəl qoymayıblar. Bundan sonra polis onları ərazidən güc tətbiqi ilə uzaqlaşdırmağa başlayıb.

Saxlanılanlara “İnzibati qanun pozuculuğu haqqında” qanuna uyğun olaraq, cinayət işi başlanılıb. 

Mənbə report.az


Digər xəbərlər


Qorbaçov Putinə və Makrona müraciət edib - Məqsədi nədir?

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. Məlumata görə, o, özü bu barədə Rusiya mətbuatına müsa...

Erməni general Azərbaycanla bağlı: "Onlar qəfildən hərbi fəaliyyətə keçə bilərlər"

Azərbaycan Aprel müharibəsində ön cəbhəyə silahlı qüvvələrinin 20%-ni cəlb etmişdi. Bunu Ermənistan Baş Qərargahının keçmiş rəisi general-leytenan...

Təcili! Türkiyə atəşkəs elan edir

Türkiyə və ABŞ Suriyada atəşkəs elan edilməsi bağlı razılığa gəldi. Bu barədə Mayk Pens Türkiyə lideri Ərdoğanla görüşdən sonra mətbuat konfransın...

Putin Trampın cavabını verdi - Ərdoğana görə

ABŞ Prezidenti Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktub çox əcaib bir tonda yazılıb. Bunu Rusiyanın dövlət başçıs...