17.07.2019

«Meyvəli»-də insanlar kütləvi şəkildə zəhərləndi

Bakının Qaradağ rayonunun Lökbatan-Xocasən ərazisindəki «Meyvəli» meyvə-tərəvəzlərin topdan və pərakəndə satış bazasında kütləvi zəhərlənmə olub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı təcili yardıma ilk çağırış saat 10.14 daxil olub. Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdiriblər:

«Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası həmin şəxsləri də KTM-in yoluxucu xəstəliklər şöbəsinə yerləşdirib. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər».

KTM-dən verilən məlumata görə, hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımi yardımlar edilir. Xəstələrin vəziyyətləri orta-ağırdır.

Mənbə trend.az


Digər xəbərlər


Metropoliten xəttə əlavə 4 qatar buraxacaq

Sentyabrın 16-da ölkədə yeni tədris ilinin başlaması ilə bağlı «Bakı Metropoliteni» QSC yeni iş qrafikinə keçir. Bu barədə Trend-ə açıql...

Quba və Şabranda yanğın hələ də davam edir (Foto + Video)

Şabran və Quba rayonları sərhədindəki kolluq ərazilərdə başlayan yanğın davam edir. Yanğının söndürülməsi üçün cəlb olunan Fövqaladə Hallar Nazirl...

Suriya Türkiyəyə aid hərbi texnikanı vurdu - Ölənlər və yaralılar var

Hücum nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb. Məlumatı agentliyə kimin verdiyi açıqlanmır. Suriyanın hərbi hava qüvvələri İdlib vilayətində ...

Lerikdə yerləşən "Relax"da yoxlamalara başlanıb - FOTO

Lerikdə yerləşən “Relax” istirahət mərkəzində yoxlamalara başlanıb. Yoxlamalar Vergilər Nazirliyi və Prokurorluq əməkdaşlarının iştirakı ilə aparı...