13.07.2019

Azərbaycan futbolunda yeni oyun qaydaları tətbiq olundu — SİYAHI

Azərbaycan futbolunda 2019/2020 mövsümünün oyunları qaydalara edilən dəyişikliklərlə keçiriləcək.

Bu barədə AFFA Hakimlər Departamentinin rəhbəri Cavid Cəlilov məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) təsdiqlədiyi yeni oyun qaydaları qarşıdakı mövsümdən tətbiq edilməyə başlayacaq.

Cəlilov artıq hakimlər və hakim-inspektorlarla yanaşı, xüsusən avrokuboklarda çıxış edən ölkə klublarına bununla bağlı seminarların kecirildiyini açıqlayıb: «Yeni dəyişikliklər artıq tətbiq edildiyindən, oyunlar zamanı çətinlik çəkməmələri üçün onlara seminarın kecirilməsi lazim idi. Ümumilikdə, son 4 ildə qaydalara 210 dəyişiklik edilib. Builki dəyisikliklərin əvvəlkilərdən fərqi artıq birbaşa oyuna tesir etmələridir».

Yeni qaydalar bunlardır:

1. Hücum edən komandanın oyunçusunun qol vəziyyəti yaratdığı və qol vurduğu zaman bilərəkdən və ya bilməyərəkdən əllə oynaması qayda pozuntusu sayılacaq;

2. Əvəzlənən futbolçu bütün meydan boyu yox, ona yaxın olan yan xətt tərəfdən ehtiyat oyunçular skamyasına yollanmalıdır;

3. Hakimlər məşqçilərə qeyri-idman hərəkətinə görə sarı və qırmızı vərəqələr göstərə bilərlər;

4. Qapıdan zərbə zamanı topla cərimə meydançası daxilində də oynamaq olar;

5. Hücum edən komandanın oyunçuları cərimə zərbəsi zamanı müdafiə edən komandanın canlı səddindən azı bir metr məsafədə olmalıdırlar;

6. Penalti yerinə yetirilərkən qolkiperlərin qapı xətti üzərinə ayaqlarından birini qoyması da kifayətdir;

7. Bəzi hallarda top baş hakimə dəydikdən sonra «mübahisəli top» təyin olunacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası avqustun 16-da start götürəcək.

Mənbə report.az


Digər xəbərlər


Rusiyadan çinlilərə qadağa

Rusiya çinlilərin ölkəyə gəlişini qadağan edir. Gülüstan.info xəbər verir ki, Rusiyanın Baş nazrinin köməkçisi Tatyana Qolikovna bu barədə açıqlam...

Türkiyədə güclü zəlzələ

Türkiyənin Manisa vilayətində 5,2 bal gücündə zəlzələ olub. Gülüstan.info xəbər verir ki, zəlzələ İzmir, Bursa, Balıkesir və bir çox digər bölgələ...

Türkiyənin İdlib qərarı - Danışıqlar davam edəcək

Türkiyə höküməti ilə Rusiya tərəfi İdlib problemi barədə danışıqları davam etdirir. Gülüstan.info xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəc...

1 Dairənin 5 məntəqəsi ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 79 saylı İmişli seçki dairəsindən deputatlı...