03.07.2019

Azərbaycanda orta əmək haqqına 354 litr benzin almaq olar — Bəs Gürcüstanda?

Azərbaycanda 313 ABŞ dolları məbləğində orta əmək haqqına 354 litr AI-95 benzini ala bilərsiniz.

Bu cür məlumatlar Picodi.com-un «Benzinin indeksləri. Müxtəlif ölkələrin sakinləri üçün yanacaq bahadırmı?» araşdırmalarında verilib.

Araşdırmanın məqsədi dünyanın 115 ölkəsində orta əmək haqqına nə qədər AI-95 benzini əldə etmək mümkün olduğunu müəyyən etməkdir. Tədqiqatlar 2019-cu ilin yanvar-iyun dövrünü əhatə edir.

Araşdırmaya görə, Azərbaycanda AI-95 benzininin bir litrinin qiyməti 0.88 dollardır ki, bu da Gürcüstan və Ermənistanda qiymətə uyğun gəlir. Bununla yanaşı, Gürcüstanda orta əmək haqqı (380 dollar) 434 litr, Ermənistanda isə (294 dollar) 335 litr benzin almağa imkan verir.

MDB ölkələri arasında AI-95 ən ucuz benzin Qazaxıstandadır (0,45 dollar). Qazaxıstan sakinlərinin orta əmək haqqı ($ 373) ayda 800 litrdən çox benzin almağa imkan verir. Rusiyada 1 litrlik AI-95 benzini 0,7 dollaradır. Orta əmək haqqına (623 dollar) 887 litr benzin ala bilərsiniz.

Tacikistanda bir litr AI-95 benzinin ucuz (0,81 dollar) olmasına baxmayaraq, orta əmək haqqı azdır (105 dollar), bu pulla yalnız 130 litr almaq mümkündür. Özbəkistanda orta əmək haqqı 213 dollardır və 238 litr, Qırğızıstanda (orta əmək haqqı 191 dollar) 305 litr benzin ala bilərsiniz.

AI-95 benzin markası Ukraynada və Moldovada çox bahadır. Burada bir litr benzin 1.09 və 1.03 dollardır. Ukraynada orta əmək haqqı 282 dollardır və 258 litr, Moldovada isə orta hesabla 308 dollar maaşla 298 litr ala bilərsiniz. 

Mənbə contact.az


Digər xəbərlər


Manatın sabahkı məzənnəsi

Yanvarın 29-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 29.01.2020-ci il tarixindən etibarən rəsmi məz...

Çindən Azərbaycana bu məhsullar gətirilməyəcək - RƏSMİ

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xal...

Dövlət qurumlarının balansında olan avtomobillərin hərracı keçiriləcək

Azərbaycanda fevralın 25-də dövlət qurumlarının balansında olan avtomobillərin hərracı keçiriləcək. Gülüstan.info xəbər verir ki, bu dəfə Mərkəzi ...

Diri quş və quş məhsullarının idxalına QADAĞA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məq...